İndoneziyada marketdə baş verən yanğın nəticəsində 11 nəfər həlak olub
Pekin, 7 sentyabr, AZƏRTAC
İndoneziyanın Mərkəzi Papua əyalətindəki marketdə baş verən yanğın nəticəsində 6-sı uşaq olmaqla 11 nəfər həyatını itirib.
AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, yanğın gecə yarısından bir qədər sonra başlayıb. Alov qısa müddətdə ətrafdakı dükanlara yayılaraq, ümumilikdə 40-a yaxın binanı tamamilə məhv edib. Tikililərin sıx yerləşməsi və alovun miqyası səbəbindən yanğının söndürülməsi xeyli vaxt aparıb və yanğın yalnız səhər saat 03:30 radələrində nəzarət altına alınıb.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, polis şahidlərin ifadələrini toplayır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [11:48]
Fransa nüvə tədqiqatlarına 18 milyon avro maliyyə vəsaiti ayırdı
- 07.09.2026 [11:44]
Kondisionerlərin istifadəsi şəhərlərin istiləşməsini daha da gücləndirir
- 07.09.2026 [11:33]
Avstraliyada təyyarə qəzasında 2 nəfər ölüb
- 07.09.2026 [11:19]
Dəniz ticarətinin əsas marşrutları yeni böhranlarla üz-üzədir
- 07.09.2026 [10:12]
Fransa Qrenlandiya ilə əməkdaşlığı genişləndirir
- 07.09.2026 [09:01]
Yaponiyada aramsız yağışlar sürüşmə təhlükəsi yaradıb
- 07.09.2026 [08:31]