Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saf dil-milli kimliyin qalası

Saf dil-milli kimliyin qalası

Mütəxəssis: Prezidentin mesajı göstərir ki, dil yeni çağırışlara uyğunlaşaraq daha güclü və müasir formada inkişaf etməlidir

Bakı, 15 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziyalara verdiyi müsahibə ölkənin siyasi, iqtisadi və mədəni gündəmini formalaşdıran mühüm çıxışlardan biri kimi yadda qaldı. Müsahibə yalnız siyasi proseslərin deyil, eyni zamanda, mədəni kimlik məsələlərinin də ön plana çıxmasına səbəb oldu. Qaldırılan mövzular müxtəlifliyi ilə seçilsə də, xüsusən Azərbaycan dilinin qorunmasına dair səsləndirilən fikirlər cəmiyyətdə geniş rezonans doğurdu. Müsahibənin dilə həsr olunmuş məqamları dövlətimizin başçısının bu mövzuya nə qədər prinsipial yanaşdığını göstərirdi. Prezidentin vurğuladığı əsas tezislər yalnız dilin saflığının qorunmasına çağırış deyildi, həm də mədəniyyətin, milli kimliyin və dövlət ideologiyasının mühüm elementlərini özündə birləşdirən strateji mövqenin əsaslandırılması idi.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetinin İngilis və alman dilləri fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Əsgərovanın “Saf dil-milli kimliyin qalası” mövzusunda məqaləsində yer alıb.

Qeyd olunub ki, Prezident müsahibənin əvvəlində dil məsələsinə ümumi ideoloji çərçivədən yanaşır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqa məxsusluğun, milli yaddaşın və müstəqillik şüurunun daşıyıcısıdır. Bu fikirlər dövlət rəhbərliyinin dil siyasətinə yalnız mədəni məsələlər kimi deyil, milli təhlükəsizlik və dövlətçilik strategiyası kimi baxdığını nümayiş etdirir.

“Müsahibədə ən çox diqqətçəkən və müzakirələrə səbəb olan fikirlərdən biri dilin saflığının qorunmasına dair idi. Prezident Azərbaycan dilinə yad sözlərin nəzarətsiz şəkildə daxil olmasını ciddi narahatlıq doğuran məsələ kimi dəyərləndirdi. Həmin açıqlama ictimaiyyətdə böyük əks-səda doğurdu. Çoxları bu fikri gənclər arasında yayılmış yad sözlərə, reklamlarda işlədilən xarici ifadələrə və sosial şəbəkələrdə formalaşan dil üslubuna yönəlmiş mesaj kimi anladılar.

Son illər Azərbaycan gənclərinin danışıq üslubunda müşahidə olunan dəyişikliklər dilçi mütəxəssislərin, təhsil işçilərinin və sosioloqların diqqət mərkəzinə çevrilib. Aparılan müşahidələr sosial media platformalarının üstün mövqeyinin dilin sintaktik quruluşuna, söz ehtiyatına, eləcə də ünsiyyətin norma və tempinə birbaşa təsir etdiyini göstərir. Bu tendensiya bir tərəfdən qloballaşma və rəqəmsal mədəniyyətin təbii nəticəsi kimi qəbul olunsa da, digər tərəfdən dilin zəngin ifadə imkanlarının zəifləməsi ilə bağlı ciddi narahatlıqlar yaradır. Bu gün gənclərin gündəlik dilində sintaktik ixtisarlar və cümlə quruluşunun sadələşməsi açıq şəkildə müşahidə olunur. Sosial media sürətli istehlaka əsaslanan bir mühit olduğundan ifadələr qısalır, bağlayıcı sözlər aradan çıxır, fikirlər isə fraqmentləşir. Bu tendensiya ilk növbədə yazılı ünsiyyətdə nəzərə çarpır, lakin zaman keçdikcə şifahi nitqə də sirayət edərək adi hala çevrilir. Hər nəsil dili özünə uyğunlaşdırır, bu təbiidir. Problem odur ki, gənclər dili zənginləşdirmək əvəzinə minimuma endirilmiş, sadələşdirilmiş modeldən istifadə edirlər. Müasir dövrdə geniş yayılmış “Yeni telefon dili” (yəni sosial media və mesajlaşma üslubu) həm vatsap və teleqram yazışmalarında, həm də TikTok və İnstaqram şərhlərində gənclərin istifadə etdiyi “qısaldılmış”, “qarışıq”, “səs tonunu imitasiya edən” və “ifadə-emotikon qarışığı” formaları əhatə edir. Aparılan müşahidələr göstərir ki, gənclərin danışıq tərzindəki dəyişiklik nə tam mənfi, nə də tam müsbət qiymətləndirilə bilər. Burada əsas məsələ balansın qorunmasıdır. Gənclər dilin inkişafında fəal qüvvədir. Lakin ana dilinin sintaktik qaydaları, klassik leksik qatları və ədəbi üslub norması unudulmamalıdır. Rəqəmsal mədəniyyətə uyğunlaşma təbii olsa da, dilin özəyinin zədələnməməsi vacibdir.

Məlumdur ki, dil hər dövrdə dəyişir, lakin onun ana sütunları — sintaksis, leksik fond, üslub normaları qalmalıdır. Gənclərin dili yeniləyə bilməsi üçün əvvəlcə onu dərindən bilməsi şərtdir. Gənclərin danışıq tərzində baş verən dəyişikliklər təkcə tənqid mövzusu kimi deyil, həm də praktiki həll tələb edən sosial-linqvistik proses kimi dəyərləndirilməlidir. Mütəxəssislərin fikirləri göstərir ki, dilin qorunması yalnız qadağalarla yox, kompleks və müasir yanaşmalarla mümkündür. Dilin qorunması məktəbdən başlayır. Məktəbdə dil düzgün öyrədilmirsə, sosial media o boşluğu dolduracaq. Sosial media gənclərin əsas kommunikasiya platforması olduğu üçün dil normalarının tətbiqi burada xüsusi əhəmiyyət daşıyır. Gənclərə dil qaydasını məcbur etməklə yox, cazibədar vizual və yaradıcı kampaniyalarla çatdırmaq lazımdır. Reklam lövhələri, televiziya proqramları və onlayn mətnlər cəmiyyətin dilə olan zövqünün formalaşmasında mühüm rol oynayır. Hazırda bir çox reklam lövhəsində ingilis və rus sözlərinin normadan artıq işlənməsi (sale, discount, market, store, taxi service və s.) mütəxəssislərin narahatlığını artırır. Müasir dilin yaşamaq şərti rəqəmsallaşmaqdır. Rəqəmsal resurs olmayan dil geridə qalır. Dil texnologiyalarının inkişafı Azərbaycan dilinin rəqəmsal məkanda mövqeyini möhkəmləndirə bilər.

Gənclərin danışıq tərzində baş verən dəyişikliklər Azərbaycan dilinin inkişafında yeni mərhələdir. Bu dəyişiklikləri nə panika ilə, nə də tam qəbul edərək qarşılamaq doğru olmaz. Dil mahiyyət etibarilə dinamik və yaşayan sistemdir. Ancaq bu dinamikanın sağlam istiqamətdə inkişafı üçün bəzi strateji məqamlar xüsusilə vurğulanmalıdır. Gənclər dilin düşməni deyil, daşıyıcısıdır. Onların dili dəyişdirməsi təbiidir, lakin bu dəyişikliklərin sağlam olması üçün onlar dilin kökünü də bilməlidirlər. Dil siyasəti yalnız qadağa və nəzarət üzərində yox, dəstək və innovasiya üzərində qurulmalıdır. Dil texnologiyaları, maarifləndirici layihələr, müasir dərsliklər və rəqəmsal resurslar bu sahədə əsas rol oynaya bilər.

Dilin qorunması milli identiklik məsələsidir. Ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də mədəni yaddaşdır. Dil pozulduqda mədəni kodun özü də zəifləyir. Dilin qorunması yalnız bir qurumun işi deyil, ümummilli məsuliyyətdir. Dilin gələcəyini qorumaq üçün keçmişi bilmək, bu günü düzgün analiz etmək və sabah üçün planlı addımlar atmaq lazımdır. Həmin prinsiplə yanaşıldıqda həm Azərbaycan dili müasir dünyanın çağırışlarına uyğunlaşacaq, həm də öz kökünü, sintaksisini, poetik ruhunu və milli kimlik funksiyasını itirməyəcək. Dilin çirklənməsi əslində, düşüncə tərzinin dəyişməsi deməkdir. Media nümayəndələri dili yaşatmaqda ön sırada olmalıdırlar. Televiziya və media dili formalaşdırır. Ona görə efirdə səslənən hər söz məsuliyyət tələb edir. Bu fikirlə Prezident İlham Əliyev media dilinin cəmiyyətdə yaratdığı nümunəvi rolu xatırladırdı. Onun vurğulaması bir daha göstərdi ki, jurnalistin dil mədəniyyəti bütöv bir auditoriyanın danışıq tərzinə təsir edir. Ölkə rəhbərinin mediaya ünvanlanan “öz dilinizdə özünüz nümunə olun” çağırışı “dil məsələsində hər kəs öz davranışı ilə nümunə olmalıdır” fikrinin yığcam və aydın ifadəsidir.

Müsahibədə vurğulanan digər önəmli məqam diasporla bağlı idi. Prezident xaricdə yaşayan azərbaycanlıların övladlarının ana dilini bilməsinin milli kimliyin və bağların qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Bu yanaşma diaspor təşkilatlarının fəaliyyətində dil məsələsinin əsas prioritetlərdən biri olduğunu ortaya qoyur. Eyni zamanda, bu mövqe xaricdə yaşayan ailələrin uşaqlara Azərbaycan dilini öyrətməsi üçün həm mənəvi, həm də dövlət səviyyəsində dəstəyin mövcud olduğunu ön plana çıxarır. Xaricdə yaşayan azərbaycanlıların dili unutmasına imkan verilməməlidir.

Dünya sürətlə dəyişsə də, bu proseslər milli dəyərlərin arxa plana keçməsi üçün əsas olmamalıdır. Dilçi mütəxəssislər dəfələrlə vurğulayıblar ki, qloballaşma ana dilinin istifadəsinə müəyyən təzyiqlər göstərir. Prezidentin səsləndirdiyi fikir isə tarazlı mövqeni əks etdirir: yeniliyə açıq olmaqla yanaşı, dilin əsas quruluşunu və kimlik daşıyıcısı kimi rolunu qorumaq lazımdır. Çünki dilimiz birliyimizin açarıdır. Azərbaycan dili xalqımızı birləşdirən ən mühüm dəyərdir. Bu cümlə müsahibənin ana tezisini bir cümləyə sığışdırır. Bu fikrin arxasında bir reallıq dayanır: dinamik inkişaf, çoxmillətli mühit və qlobal tendensiyalar fonunda milləti birləşdirən əsas elementlərdən biri məhz dildir.

Beləliklə, Prezident İlham Əliyevin yanvarın 5-də verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan dilinə münasibətin sadəcə dilçilik və ya mədəniyyət çərçivəsi ilə məhdudlaşmadığını, bunun birbaşa dövlətçilik və milli təhlükəsizlik məsələsi olduğunu aydın şəkildə ortaya qoyur. Prezidentin vurğuladığı məqamlar göstərir ki, Azərbaycan dili milli kimliyin əsas dayaqlarından biri olmaqla yanaşı, dövlətin ideoloji və strateji sütunlarından biridir. Bu baxımdan, Azərbaycan dilinin qorunması və inkişafı təkcə alimlərin, dilçilərin və ya dövlət qurumlarının vəzifəsi deyil, cəmiyyətin bütün təbəqələrinin üzərinə düşən ümummilli məsuliyyətdir. Prezidentin mesajı onu da göstərir ki, qloballaşma şəraitində dil öz mövqeyini itirməməli, əksinə, yeni çağırışlara uyğunlaşaraq daha güclü və müasir formada inkişaf etməlidir. Xarici dillərin öyrənilməsi zəruri olsa da, bu proses ana dilinin kölgədə qalması hesabına baş verməməlidir. Azərbaycan dili qlobal dünyada rəqabətə davamlı, zəngin və dinamik bir dil kimi mövqeyini qoruyub saxlamalıdır.

Nəticə etibarilə, səsləndirilən bu açıqlama dil siyasətinə yeni və daha dərin məzmunlu baxış bucağı formalaşdırmaqla yanaşı, bütövlükdə cəmiyyət üçün açıq və məsuliyyətli bir çağırış xarakteri daşıyır. Bu çağırış hər bir vətəndaşı ana dilinə münasibətdə daha həssas, daha şüurlu və daha məsuliyyətli olmağa səsləyir. Çünki ana dili yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, mənəvi irsi, düşüncə tərzi və milli kimliyinin daşıyıcısıdır. Dil itirildikdə və ya zəiflədikdə, xalqın özünəməxsusluğu, mədəni dəyərləri və dünyagörüşü də tədricən aşınmağa başlayır. Bu baxımdan Azərbaycan dilinin saflığının qorunması, zənginliyinin yaşadılması və gələcək nəsillərə ötürülməsi strateji əhəmiyyət kəsb edir. Bu prosesdə dövlətin apardığı dil siyasəti ilə yanaşı, fərdi məsuliyyət də mühüm rol oynayır. Eyni zamanda, ana dilinə sahib çıxmaq dövlətçiliyin möhkəmləndirilməsi anlamını da daşıyır. Güclü dövlət güclü milli kimlik üzərində qurulur və bu kimliyin əsas sütunlarından biri dildir. Rəsmi sənədlərdən tutmuş təhsil və mediaya, elmi mühitdən rəqəmsal platformalara qədər bütün sahələrdə Azərbaycan dilinin nüfuzunun qorunması dövlətin ideoloji və hüquqi dayaqlarını möhkəmləndirir. Bu çağırış həm də gələcəyə yönəlik mesajdır. Prezidentin səsləndirdiyi fikirlər təkcə mövcud vəziyyətə münasibət deyil, həm də strateji yol xəritəsidir. Ana dilinə sahib çıxmaq milli kimliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və gələcək nəsillərə sağlam mənəvi irs ötürülməsi baxımından ümummilli vəzifə kimi dəyərləndirilməlidir”, - deyə məqalədə əks olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb