Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahbuz rayonunun Kolanı kəndində yeni məktəb binası istifadəyə verilib

Şahbuz, 15 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi “İqtisadi resursların insan kapitalına çevrilməsi” prinsipi əməli iş müstəvisinə çıxarılıb. Gənc nəslin hərtərəfli təhsil alması, peşə sahibi olması və vətənpərvər böyüməsi üçün tədbirlər görülür. Bütün yaşayış məntəqələrində yeni texnologiyalarla təchiz olunan və müasir tədris metodlarının tətbiq olunduğu məktəb binaları tikilərək istifadəyə verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 15-də Şahbuz rayonunun Kolanı kəndində yeni məktəb binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsib.

Kolanı kənd tam orta məktəbinin direktoru Rəqsanə Əsgərova çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən quruculuq işləri sakinləri sevindirir. Bu tədbirlərin davamı olaraq Kolanıda geniş quruculuq işlərinin aparılması kəndimizi müasir kəndlərin sırasına qoşub. Bu gün müasir məktəb binası istifadəmizə verilir. Yeni məktəb binası həm müəllimlərin, həm də valideynlərin uzun illərdən bəri ürəklərində olan arzularının həyata keçməsi deməkdir. Rəqsanə Əsgərova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kolanı kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, əməyi olanlara təşəkkürünü bildirərək deyib: Bu gün Azərbaycanda təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Təhsilin inkişafı ilə bağlı qanunlar, dövlət proqramları qəbul olunaraq icra edilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Təhsil sisteminin inkişafında orta məktəblərə qayğı xüsusi yer tutmalıdır”. Ulu Öndərin tövsiyələrini uğurla yerinə yetirən ölkə Prezidentinin təhsilin inkişafına göstərdiyi qayğının nəticəsidir ki, bu gün ölkəmizdə yeni məktəb binaları tikilərək gənc nəslin istifadəsinə verilir.

Ali Məclisin Sədri deyib: Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq bu gün qarşıda duran əsas vəzifədir. Çünki bu, ölkəmizin gələcəyi ilə bağlı məsələdir. Müdriklərin də qeyd etdiyi kimi, bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Ona görə də gənclər təhsilli və vətənpərvər yetişdirilməlidir. Təhsilli və vətənpərvər gənc isə gələcəkdə həm ölkəsi, həm də cəmiyyət və ailəsi üçün yararlı olacaqdır. Müasir tədrisin tələbləri səviyyəsində qurulan Kolanı kənd tam orta məktəbində bu vəzifələrin yerinə yetirilməsi üçün hər cür şərait var. Gənclər onlar üçün yaradılan bu şəraitdən səmərəli istifadə etməli, yaxşı təhsil almalı, peşə öyrənməli, özlərini gələcəyə hazırlamalıdırlar. Müəllimlər isə gənclərin hərtərəfli təhsil alması və əsl vətəndaş kimi yetişdirilməsi qayğısına qalmalıdırlar.

Kolanı kənd tam orta məktəbinin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən və buna görə kollektivə təşəkkür edən Ali Məclisin Sədri yaradılan şərait müqabilində uğurların daha da artacağına, ölkəmizin gələcəyini təmin edən təhsilli və vətənpərvər gənclərin yetişdiriləcəyinə əminliyini ifadə edib, kollektivə tədrisdə uğurlar arzulayıb.

Bildirilib ki, 360 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarətdir. Binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.

Ali Məclisin Sədri məktəbdə kitabxana işinin təşkili ilə maraqlanıb. Qeyd olunub ki, hazırda məktəb kitabxanasının fondunda 2300 dərslik və 2842 bədii ədəbiyyat olmaqla 5142 kitab vardır. Şagirdlərin kitab mütaliəsinə marağının artırılması diqqətdə saxlanılır, müxtəlif tədbirlər keçirilir.

Məktəbdə yeni texnologiyaların tətbiqi tədrisin daha səmərəli təşkilinə imkan verir. Kompüter otağında 38 kompüter quraşdırılıb və internetə qoşulub. Elektron lövhəli siniflərdə distant dərslərin keçirilməsi üçün şərait yaradılıb, məktəbə elektron dərsliklər verilib. Elektron lövhəli sinifdə Cəlil Məmmədquluzadənin Ev-Muzeyi ilə əlaqə yaradılıb, ümumilikdə, muxtar respublikanın 209 təhsil müəssisəsinin iştirakı ilə “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı” mövzusunda distant dərs keçirilib.

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, xüsusilə onlarda hərb sənətinə marağın artırılması bu gün tədris prosesində qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikanın ümumtəhsil məktəblərində müasir hərbi kabinələr istifadəyə verilir, çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisinə diqqət artırılır. Kolanı kənd tam orta məktəbində də müasir tədris vasitələri ilə təmin olunmuş hərbi kabinə istifadəyə verilib.

Məktəbin geniş idman zalı fiziki tərbiyə dərslərinin hərtərəfli tədrisinə imkan verəcəkdir. Şahmatın tədrisi üçün də məktəb binasında lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri gənclərin sağlam böyüməsində və əqli inkişafında bədən tərbiyəsi və idmanın, eləcə də şahmatın tədrisinin əhəmiyyətini vurğulayıb, şagirdlərdə hərb sənətinə marağın artırılmasının vacibliyini qeyd edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib ki, Kolanı kəndində aparılan quruculuq işləri, yaradılan şərait insanların rahat yaşayışına xidmət edir. Artıq Kolanı müasir Azərbaycan kəndinə nümunədir. Bu gün kənddə müasir tədrisin tələblərinə uyğun yeni məktəb binası istifadəyə verildi. Məqsəd ondan ibarətdir ki, orta məktəbi bitirən gənclər ölkəmizdəki ali məktəblərlə yanaşı, həm də dünyanın istənilən yerində ali təhsil almaq imkanına malik olsunlar. Elektron lövhəli siniflər, laboratoriyalar, kompüter sinifləri, xarici dillərin tədrisi və digər müasir tədris metodlarının tətbiqi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir. Ötən il Kolanı kənd tam orta məktəbini bitirən məzunlardan altısı ali məktəblərə, beşi orta ixtisas məktəbinə qəbul olunub. Məzunlardan biri 639 bal toplayaraq İngilis dili müəllimliyi ixtisasına daxil olub. Bundan sonra da müəllimlər daim öz üzərlərində işləməli, tədrisin keyfiyyətinə diqqət yetirməli, nəticələr daha da artmalıdır.

Məktəbin müəllimi Ofelya Həsənova minnətdarlıq edərək deyib: Kolanı kənd tam orta məktəbində bütün şərait var. Kollektiv üzərinə düşən məsuliyyəti dərk edir. Müasir məktəb binasında tədrisin keyfiyyətini artıracaq, məktəbdə gələcəyin həkimlərini, mühəndislərini, müəllimlərini və digər peşə sahiblərini yetişdirəcəyik. Çalışacağıq ki, şagirdlər savadlı və peşə sahibi olmaqla yanaşı, həm də vətənpərvər böyüsünlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər