İQTİSADİYYAT
“Şahdəniz”dən bu vaxtadək 87,6 milyard kubmetr təbii qaz ixraca nəql edilib
Bakı, 19 noyabr, AZƏRTAC
İstismara veriləndən cari il noyabrın 1-dək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 174,7 milyard kubmetr, “Şahdəniz” yatağından isə 131,5 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Şahdəniz” yatağı istismara veriləndən bu il noyabrın 1-dək isə 87,6 milyard kubmetr qaz ixraca nəql edilib.
Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli”dən çıxarılan qaz həcmləri əsasən neft-kondensat hasilatını stabil saxlamaq üçün laylara vurulur. Həmçinin AÇG-də məşəldə yandırılmayan səmt qazı isə əvəzsiz olaraq SOCAR-a verilir. Bu vaxtadək AÇG yataqlarından SOCAR-a 48 milyard kubmetrdən çox səmt qazı verilib. Beləliklə də indiyədək “Azəri-Çıraq-Günəşli”dən çıxarılan 174,7 milyard kubmetr qazın təqribən 127 milyard kubmetri yenidən laylara vurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]