Sahibə Qafarova: Qanunvericilik, icraedici və məhkəmə hakimiyyətləri qarşılıqlı əlaqədə olmaqla səlahiyyətləri çərçivəsində müstəqildirlər
Bakı, 15 oktyabr, AZƏRTAC
Konstitusiya hakimiyyətlərin bölgüsü prinsipini təsdiq edir. Bu prinsipə əsasən, qanunvericilik, icraedici və məhkəmə hakimiyyətləri qarşılıqlı əlaqədə olmaqla səlahiyyətləri çərçivəsində müstəqildirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının üzvləri ilə görüşdə çıxışı zamanı deyib.
O, qonaqlara qanunverici orqanımızın tarixi və fəaliyyəti haqqında məlumat verərək deyib: “Azərbaycan parlamentarizminin kökləri XX əsrin əvvəllərinə gedib çıxır. Rusiya imperiyasının süqutundan sonra 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. O, müsəlman Şərqində ilk dünyəvi demokratik respublika oldu. Onun ən böyük nailiyyətlərindən biri parlament sisteminin yaradılması idi. Azərbaycan Respublikası həmin dövrdə müsəlman Şərqində yeganə parlamentli respublika idi. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 1918-ci il dekabrın 7-də Bakıda təsis edilib. Bu, çoxpartiyalı qanunvericilik orqanı idi. Onun tərkibinə azərbaycanlılarla yanaşı, rus, yəhudi, erməni və digər millətlərdən olan nümayəndələr də daxil idilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]