SAHİBKARLAR ÜÇÜN İNFORMASİYA TƏMİNATI SİSTEMİ YARADILIR
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar barədə məlumatların əldə edilməsində, istehsal olunan məhsulların daxili və xarici bazarlarda tanınmasında, sərmayələrin cəlb olunmasında, əcnəbi sərmayədarlar üçün daxili bazarın öyrənilməsində, yerli və xarici iş adamları arasında əməkdaşlığın möhkəmləndirilməsində, sahibkarlar arasında kooperasiya əlaqələrinin qurulmasında bu xidmətin böyük əhəmiyyəti olacaqdır.
KOS-NET internet portalı vasitəsilə ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ödənişsiz elektron poçt (e-mail) ünvanlarının verilməsi, veb səhifəsinin hazırlanması və onun tanıdılması kimi xidmətlər göstəriləcəkdir. Layihə Türkiyənin TİKA və KOSGEB təşkilatlarının dəstəyi ilə həyata keçirilir.
Departamentin mütəxəssisləri, eyni zamanda, sahibkarların informasiya təminatının yüksəldilməsinə xidmət edən “Sahibkarlığa dövlət himayəsi” saytının təkmilləşdirilməsi üzərində də iş aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]