SAHİBKARLARIN ƏSAS HİSSƏSİ TİCARƏT SAHƏSİNDƏ ÇALIŞIR
Bu il iyulun əvvəlinədək paytaxtda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 11 min 271, ölkə üzrə isə 27 min 541 hüquqi şəxs qeydiyyata alınmışdır. Vergilər Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, onların 4715 nəfəri pərakəndə ticarət, 2844-ü topdansatış ticarəti sahəsində, 1844-ü tikinti-təmir, 603-ü tibb, 400-ü sərnişin və yükdaşımaları sahələrində, qalanları isə digər sahələrdə çalışırlar. Paytaxtdakı hüquqi şəxslərin 2432-si pərakəndə, 2033-ü topdansatış ticarətlə, 1058-i tikinti-təmir, 149-u sərnişin və yükdaşımaları sahəsində, 291-i ictimai iaşə, 212-i isə tibb sahəsində və digər sahələrdə fəaliyyət göstərirlər.