Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahin Bağırov: Şəxsi istifadə məqsədilə malların ölkəyə gətirilməsi qaydalarında dəyişiklik gözlənilmir – MÜSAHİBƏ

Şahin Bağırov: Şəxsi istifadə məqsədilə malların ölkəyə gətirilməsi qaydalarında dəyişiklik gözlənilmir – MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyəti və yeniliklər ilə bağlı qurumun sədri Şahin Bağırov AZƏRTAC-a eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- İlk olaraq qarşıdan gələn peşə bayramı münasibətilə Sizi təbrik edirik. DGK-nın son bir il ərzində gördüyü işlər barədə məlumat verməyinizi xahiş edirəm.

- Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması, xarici ticarətin dəstəklənməsi və təşviqi, sahibkarlar üçün asan, əlçatan xidmətlərin formalaşdırılması, gömrük işinin səmərəli və müasir çağırışlara uyğun şəkildə həyata keçirilməsi üzrə strateji hədəflər müəyyənləşdirilib. Gömrük orqanları qarşısında qoyulan tapşırıqların uğurla icrası məqsədilə Gömrük Xidmətinin Fəaliyyət Proqramı tərtib edilib və orada şəffaflıq, məmnunluq və rəqəmsallaşmanın artırılması, gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, güvənli hüquq-mühafizə tədbirləri DGK-nın strateji hədəfləri olaraq əksini tapıb. Son bir ildə gömrük orqanlarının fəaliyyəti də bu strateji hədəflərə uyğun şəkildə qurulub. Gömrük orqanları tərəfindən icra olunan bütün layihə və yeniliklər “Gömrük İNKİŞAF modeli” konsepsiyası əsasında hazırlanır. Rəqəmsal həllərə, elmi nəzəriyyələrə, qabaqcıl təcrübələrə əsaslanan layihələr rəsmiləşdirmə və sərhədkeçmə proseslərinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə, gömrük nəzarətinin səmərəliliyinin artırılmasına, vaxt və vəsaitə qənaət olunmasına şərait yaradır.

Ümumilikdə cari ildə icra edilən layihələri qeyd edək:

- Elektron hesab səhifəsi;

- Gömrük dəyərinə düzəlişlər edilməsi üçün elektron bildirişin verilməsi

- Malların təminatla buraxılışı;

- Məcburi qərarlar;

- Ekspertiza rəylərinin vahid elektron reyestri;

- Sərhəddə yük nəqliyyat vasitələri üçün elektron növbə sistemi;

- “Avro-4” sertifikatının elektron formada verilməsi;

- Əqli mülkiyyət hüquqları üzərində gömrük nəzarəti tədbirlərinin təkmilləşdirilməsi;

- Gömrük ödənişlərinin onlayn formada hesablanması;

- Səlahiyyətli iqtisadi operator (SİO) proqramı.

Cari ilin noyabr ayının 20-də biznes subyektlərinin, vətəndaş cəmiyyəti, dövlət qurumları və media nümayəndələrinin iştirak etdiyi, dövlət və özəl sektor arasında dialoqu gücləndirmək məqsədilə keçirilən “Gömrük-Biznes Forumu 2023”də təqdim edilən “Transxəzər gömrük tranzit portalı”, “Avtomatlaşdırılmış Risk Analizi Sistemi”, “Səlahiyyətli iqtisadi operator” və “Smart-Bot” mobil tətbiqi isə gömrük orqanı əməkdaşları tərəfindən 2023-cü ildə hazırlanan və tətbiqinə başlanılan layihələrdir.

- DGK islahatların nümunəsi kimi “Gömrük İNKİŞAF modeli”ni tətbiq edib. Praktikada bu modelin hansı nəticələri əldə olundu? Gələcəkdə daha hansı yeniliklərin tətbiq olunması nəzərdə tutulur?

- “Gömrük İNKİŞAF modeli” komitənin qısa və orta müddətli perspektiv hədəflərini, prioritet sahələrini və vəzifələrini müəyyən edən strateji planlaşdırma sənədi olan “Gömrük xidmətinin Fəaliyyət Proqramı” üzrə nəzərdə tutulmuş layihələrin konsepsiyasıdır. Fəaliyyət proqramında İNKİŞAF modelinin istiqamət komponentinə uyğun olaraq gömrük inzibatçılığında aşkar edilən həlli vacib məsələlər 4 kateqoriyada birləşdirilib:

1. Gömrük dəyəri və ödənişlər

2. Sərhəd keçidi

3. Proses və prosedurlar

4. Sistem və alətlər.

Qeyd olunan məsələlər “Gömrük İNKİŞAF modeli”nin keyfiyyət komponentinə uyğun olaraq tətbiqinin çətin və asan, təsirinin isə kiçik və böyük olmasından asılı olaraq təsnif edilib.

Daha sonra İNKİŞAF modelinin işgüzar komponentinə uyğun olaraq məsələlərin həllinə komanda yanaşmasının tətbiqi məqsədilə İşçi qruplar yaradılıb və qruplar üzrə bu məsələlərin həlli istiqamətində işlərə başlanılıb. İşçi qrupların fəaliyyəti dövründə vətəndaş və biznes subyektləri üçün şəffaf, asan və faydalı bir sıra layihələr həyata keçirilib. Bu layihələrin bəziləri tamamlanıb, bəzilərinin isə icrası davam etməkdədir.

Planlaşdırılan layihələr:

- Xarici ticarət fəaliyyətinin tənzimlənməsinin real vaxt rejimində bir nöqtədən həyata keçirilməsini təmin edən Vahid idxal-ixrac pəncərəsinin (VİP) yaradılması;

- Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi;

- “ÖzüNET” mobil təbiqi yaratmaqla tam mərkəzləşdirilmiş Gömrük Qərarvermə Sisteminin tətbiq edilməsi;

- Mallar ölkənin gömrük ərazisinə gətirilmədən əvvəl gömrük bəyannaməsinin təqdim edilməsi və gömrük ödənişlərinin həyata keçirilməsi imkanının yaradılması, habelə sərhəd ödənişlərinin təyinat gömrük məntəqəsində ödənilməsi və malların ikipilləli buraxılış sistemi vasitəsilə sərbəst dövriyyəyə buraxılması sisteminin yaradılması;

- DGK ötən illərdə olduğu kimi bu il də büdcə proqnozunu artıqlaması ilə yerinə yetirə bilibmi?

- 2023-cü il ərzində gömrük orqanlarının xətti ilə 5 milyard 728 milyon manat həcmində illik büdcə proqnozuna qarşı ilkin məlumata əsasən 6 milyard 334,77 milyon manat olmaqla, proqnozdan 606,77 milyon manat əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

- 2019-cu ildən etibarən “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə olunub. İndiyədək nə qədər yerli və xarici sahibkarlar bundan yararlanıb?

- 2023-cü ildə 813 xarici iqtisadi fəaliyyət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ verilib. Bunlardan 296-sı ixrac, 517-si isə idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib.

- Ötən il idxal-ixrac əməliyyatlarında bu sistemdən istifadə hüququ əldə edən sahibkarların payı nə qədərdir?

- 2023-cü il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş xarici ticarət iştirakçılarının idxal əməliyyatlarının payı 32,68 faiz, ixrac əməliyyatlarının payı isə 17,37 faiz təşkil edib.

- Gömrük postlarının artırılması ilə bağlı planlar varmı? Varsa bunların hansı istiqamətlərdə yaradılması nəzərdə tutulur?

- Bildiyiniz kimi bu yaxınlarda Azərbaycan ilə İran arasında sərhəddə hər iki dövlət rəsmilərinin iştirakı ilə Astaraçay üzərində yeni körpünün və modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin açılışı olub. Gələcəkdə Azərbaycan ilə İran arasında Zəngilan rayonu ərazisində, eləcə də Gürcüstan ilə Azərbaycan arasında Ağstafa rayonu ərazisində yeni gömrük-keçid məntəqələrinin yaradılması nəzərdə tutulub. Həmçinin digər gömrük-keçid məntəqələrində də yenidənqurma və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.

- Gömrük keçid məntəqələrində yük maşınlarının hərəkəti üçün müəyyən problemlərin olması ilə bağlı bəzən iddialar səslənir. Bu cür iddialara münasibət bildirməyinizi istərdik.

- Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizin tranzit imkanlarının genişləndirilməsi məqsədilə nəqliyyat, logistika, sahələri ilə yanaşı, dövlət sərhədindən buraxılış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması, potensialının artırılması istiqamətində hökumət tərəfindən mühüm addımlar atılır. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrinin mövcud imkanları ölkəmizin ərazisindən keçən yük və nəqliyyat axınlarını gecikmələrə yol vermədən, asan və sürətli şəkildə idarə etməyə imkan verir. Lakin nəzərə almaq lazımdır ki, sərhədkeçmə prosesləri həm də qonşu ölkələrdəki gömrük-keçid məntəqələrinin fəaliyyətindən və buraxılış imkanlarından asılıdır. Belə ki, bəzən fors-major hallar və ya mövsümlə əlaqədar olaraq ölkəmizdən keçən nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur. Qonşu ölkələrin ərazisində yerləşən bəzi müqabil gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyəti aşağı olduğundan bu zaman sərhədkeçmə proseslərində gecikmə halları baş verir. Bu halların aradan qaldırılması, nəqliyyat və yük axınlarının sərhədkeçmə proseslərinin sinxronlaşdırılması məqsədilə müqabil ölkələrin aidiyyəti qurumları ilə mütəmadi olaraq danışıqlar və əlaqələndirmə işi aparılır. Bundan əlavə, gömrük sistemində mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilməsinin süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) əsasında həyata keçirilməsi öz növbəsində gömrük sərhəd buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinində sürətli keçidinə xidmət edəcək.

- “Trendyol” vasitəsi ilə sifariş olunan malların gecikməsini vətəndaşlar gömrük yoxlamaları ilə əlaqələndirirlər. Bu problem həqiqətənmi DGK ilə əlaqəlidir?

- Kompleks yanaşıldıqda fiziki şəxslər tərəfindən sifariş olunan bağlamaların xarici satıcıdan yerli alıcılara çatdırılması bütöv bir zəncirdir və gömrük orqanları bu zəncirin yalnız “gömrük nəzarəti” hissəsində yer alır. Xaricdən sifariş olunan bütün digər bağlamalara olduğu kimi, “Trendyol”dan sifariş olunan bağlamalara da gömrük orqanları tərəfindən gömrük nəzarəti qanunvericiliklə müəyyən olunmuş qaydada, qısa zaman kəsiyində tamamlanır. Nəzərə alınmalıdır ki, bağlamaların tədarükçüdən yerli daşıyıcı şirkətlərin xaricdəki ünvanlarına və ölkəyə daşınması, eyni zamanda gömrük nəzarəti tamamlandıqdan sonra sifariş edən şəxslərin qeyd etdikləri ünvanlara təhvil verilməsi də müəyyən zaman kəsiyində tamamlanır.

- Şəxsi istifadə məqsədilə xaricdən gətirilən mallara görə qanunvericilikdə müəyyən olunan 300 ABŞ dolları limitin dəyişdirilməsi gözlənilirmi?

- Vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində 6,4 bal gücündə zəlzələ olub

Serbiya Gürcüstanda səfirlik açacaq

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir

Bu saata olan əsas xəbərlər

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar

Nazir müavini: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri Türkiyə təcrübəsini öyrəniblər

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur

Qanunvericiliyin təkmilləşdirilməsi daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verə bilər – RƏY

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir

Natiq Məmmədli: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib

Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

SESRIC rəhbəri: Halal iqtisadiyyatda standart fərqləri və məlumat çatışmazlığı əsas çağırışlardandır

Böyük Britaniyada yerli seçkilərdə namizəd olan azərbaycanlı: İlk seçki təcrübəm mənim üçün dəyərli dərs oldu

DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir

Danimarka hərracından alınan Bakı təsvirli unikal əsər geniş ictimaiyyətə təqdim edilib

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol

Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadratkilometr mərcan rifləri mövcuddur

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Güləş Federasiyasında yeni komitə yaradılıb

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır

DÇ-2026-nın ilk altı günündə Qətər mundialından daha çox avtoqol qeydə alınıb

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir VİDEO