Şahin Həsənli: Ramazan ayında oruc tutanlar vaksin vurdura bilərlər
Bakı, 2 aprel, Nicat Məmmədov, AZƏRTAC
Keçən il olduğu kimi, bu ildə Ramazan ayı pandemiya dövrünə təsadüf edir, eyni zamanda, ölkə vətəndaşları arasında koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi davam edir. Hamını düşündürən bir sual var. Koronavirusa qarşı peyvənd tutduğumuz orucu pozacaq, ya yox?
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Şahin Həsənli AZƏRTAC-a açıqlamasında bildirib.
Orucu yalnız qidanı əvəz edən iynələrin poza biləcəyini qeyd edən QMİ-nin nümayəndəsi deyib: “Hər hansı iynə qidanı əvəz etmirsə, bu, orucun pozulmasına səbəb olmur. Ötən gün COVID-19 əleyhinə vaksinin birinci dozasını vurduranda mən özüm də oruc idim. Səhhətimdə heç bir problem müşahidə edilmədi və mənfi təsir olmadı. Ramazan ayında da vaksindən istifadə oruca təsir etmir və hər hansı mənfi tərəfi yoxdur”.
Qeyd edək ki, Ramazan ayının ilk günü aprelin 14-dür. Mayın 13-14-ü ölkədə Ramazan bayramının qeyd olunacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]
Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir
- 12.06.2026 [17:28]