Şahin Xudaverdiyev: Məqsədimiz karateçilərimizin Olimpiadaya lisenziya turnirlərində uğurlu çıxışını təmin etməkdir
Bakı, 8 yanvar, Leyla Qurbanova, AZƏRTAC
Qəbələdə baş məşqçi Bahəddin Kandazın rəhbərliyi ilə karate üzrə yığma komandanın təlim-məşqi davam edir. Kumite üzrə 17 karateçi məşqlərə qatılıb. Bundan əvvəl idmançılarımız “Şəfa” stadionunda ümumi fiziki və texniki hazırlıqlarını artırıblar. Qəbələdə isə komanda texniki və taktiki hazırlıq keçəcək. Ukrayna, İngiltərə və Gürcüstan millilərindən də karateçilər təlim-məşqlərə qatılacaqlar.
Bu sözləri kumite üzrə yığma komandanın böyük məşqçisi Şahin Xudaverdiyev AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, təlim-məşq prosesində beynəlxalq dərəcəli hakim Cahangir Babayevin iştirakı ilə yanvarın 14-dən 16-dək seminarın təşkili də nəzərdə tutulub.
“Komandanın təlim-məşq toplanışı yüksək səviyyədə davam edir. Qarşıda idmançılarımızı ciddi sınaqlar gözləyir. Məqsəd karateçilərimizin “Tokio 2020”yə lisenziya turnirlərində uğurlu çıxışını təmin etməkdir”, - deyə Ş. Xudaverdiyev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]