Şahmat üzrə Millətlər Kuboku təşkil ediləcək
Bakı, 21 aprel, AZƏRTAC
Mayın 5-dən 10-dək 6 komandanın iştirakı ilə Millətlər Kuboku təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında məlumat verilib. FIDE və Chess.com saytının təşkilatçılığı ilə keçiriləcək yarışda Rusiya, ABŞ, Avropa, Çin, Hindistanın komandaları və digər ölkələri təmsil edəcək yığma mübarizə aparacaq. Yarışda Azərbaycan şahmatçısının iştirakı da gözlənilir. Təmsilçimiz Avropa və ya dünya yığmasının heyətində yer alacaq. Hər komanda 4 (onlardan biri qadın şahmatçı olmalıdır) şahmatçı ilə təmsil olunacaq.
Turnirin mükafat fondu 180 000 ABŞ dollarıdır.
Aprelin 22-də komandaların dəqiq tərkibi təsdiqlənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]