Şahmat üzrə Qran-Pri turnirində Günay Məmmədzadə gürcüstanlı rəqibi ilə heç-heçə edib
Bakı, 26 may, AZƏRTAC
Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin beşinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə gürcüstanlı Nana Dzaqnidze ilə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb. Turun digər oyunlarında rusiyalı şahmatçılar Valentina Qunina qazaxıstanlı Dinara Saduakassovaya qalib gəlib, Katerina Laqno ukraynalı Anna Muzıçuk ilə heç-heçə edib, Alina Kaşlinskaya isə almaniyalı Elizabet Paetsə uduzub. Ukraynanın digər təmsilçisi Mariya Muzıçuk rumıniyalı İrina Bulmaqaya qalib gəlib. Bolqarıstanlı Antoaneta Stefanova isə qazaxıstanlı Jansaya Abdumalikə uduzub.
Ötən 5 turun nəticələrinə görə, G.Məmmədzadə 5-7-ci yerləri bölüşür. Turnir cədvəlinə 4 xalla Jansaya Abdumalik başçılıq edir. On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]