Şahmat üzrə Qran-Pri turnirində Günay Məmmədzadə növbəti oyununu keçirib
Bakı, 26 may, AZƏRTAC
Mayın 25-də Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin dördüncü turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə keçmiş dünya çempionu, Ukrayna təmsilçisi Mariya Muzıçuk ilə görüşüb. Qarşılaşma şahmatçımızın məğlubiyyəti ilə başa çatıb.
Ukraynanın digər təmsilçisi - Anna Muzıçuk isə rusiyalı Valentina Quninaya qalib gəlib. Turu daha bir şahmatçı - almaniyalı Elisabet Paets qələbə ilə başa vurub. O, gürcüstanlı Nana Dzaqnidzeni məğlub edib. Rusiyalı şahmatçılar Katerina Laqnonun bolqarıstanlı Antoaneta Stefanova, Alina Kaşlinskayanın Qazaxıstan şahmatçısı Dinara Saduakassova ilə, rumıniyalı İrina Bulmaqanın isə Qazaxıstanın digər təmsilçisi Jansaya Abdumalik ilə qarşılaşmaları heç-heçə başa çatıb.
On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]