Şahmatçımız Aydın Süleymanlı Türkiyə Superliqasında bürünc medal qazanıb
Bakı, 29 avqust, AZƏRTAC
Şahmat üzrə "Türkiye İş Bankası Satranç Süper Ligi" komanda turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Superliqasında iştirak edən Azərbaycan şahmatçısı Aydın Süleymanlının şərəfini qoruduğu "Bayegan Pendik Satranç Spor Klubu" sonda 19 xalla liqanı üçüncü pillədə başa vurub.
Türkiyə çempionu adını isə "Göktürk SSK" kollektivi qazanıb. Onlarla eyni xal toplayan və yalnız əlavə göstəricilərə görə ikinci olan "Türk Hava Yolları SK" klubu gümüş medalların sahibi olub.
Türkiyə Superliqasında Aydın Süleymanlıdan başqa daha dörd şahmatçımız mübarizə aparıb. Onlardan xanım təmsilçimiz Xəyalə Abdulla və kişilərdən ibarət yığmamızın üzvü Nicat Abbasovun şərəfini qoruduğu "Darruşafaka SK" klubu 6 xalla 11-ci, qrosmeysterimiz Zaur Məmmədovun çıxış etdiyi "Rota Koleji SK" komandası 10-cu, Abdulla Qədimbəylinin mübarizə apardığı "Gökay Vakfı SK" klubu isə 3 xalla sonuncu - 13-cü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]