Salyan rayonunun Qarabağlı kəndində su basmış ərazilərdə təhlükəsizlik tədbirləri görülüb


Bakı, 12 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən şor su kollektorunun daşması nəticəsində həyətyanı sahə və təsərrüfatlarda qrunt sularının yığılması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar əraziyə FHN-in Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Mərkəzin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən şor su kollektorunda suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [19:39]
Mövsümi allergiyalardan necə qorunmaq olar? VİDEO
- 16.05.2025 [19:09]
MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib
- 16.05.2025 [18:48]
Azərbaycan Aktauda keçirilən beynəlxalq forumda təmsil olunub
- 16.05.2025 [18:47]
Xocasəndə taxta sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 16.05.2025 [18:46]
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
- 16.05.2025 [18:32]