Salyanda 16 min 860 hektar sahədə payızlıq taxıl əkilib
Salyan, 6 yanvar, Mahir Babayev, AZƏRTAC
Salyanda taxıl əkini başa çatıb. Səpinə yaxşı hazırlaşan torpaq mülkiyyətçiləri qısa müddət ərzində 16 min 860 hektar sahədə payızlıq taxıl səpini aparıblar ki, bu da 2019-cu ildəkindən 58 hektar çoxdur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, salyanlı taxılçılar ötən il 16 min 802 hektar zəmidən 65 min 214 ton məhsul götürüblər. Taxıl sahəsinin hər hektarının məhsuldarlığı 39 sentner olub. Məhsul istehsalçıları cari təsərrüfat ilində daha yüksək nəticələr əldə etmək üçün səpinə vaxtında başlayıblar. İşə məsuliyyətlə yanaşan əkinçilər qısa müddətdə 16 min 860 hektar çox sahəyə toxum səpərək kampaniyanı başa çatdırıblar.
Rayonun Sarvan, Qızılağac və Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak ediblər. Onların səpin apardıqları sahələrdən normal bitiş alınıb. Hazırda əkinçilər taxıl sahələrində becərmə işləri aparır, bitki suvarılır, yemləmə gübrəsi ilə təmin edilir və digər zəruri tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]