SALYANDA 58 MİN TON TAXIL YIĞILMIŞDIR
Salyan, 24 iyul (AZƏRTAC). Salyan rayonunda taxıl biçini başa çatmaq üzrədir. Mövsümün əvvəlindən bəri 18 min 966 hektar sahənin məhsulu biçilib döyülmüş, xırmanlara 58 min ton taxıl daşınmışdır. Rayonda daha 233 hektar zəmi biçilməlidir.
Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən bildirmişlər ki, bu il rayonda taxıl istehsalının 60 min tonu ötəcəyi gözlənilir. Gələcək təkrar istehsal üçün isə 2 min ton toxum fondu yaradılacaqdır.
Rayonda taxıl biçininə nəzarət həyata keçirilir. Bu məqsədlə yaradılmış qərargah mövcud texnika və işçi qüvvəsi ehtiyatlarından düzgün istifadə olunmasını diqqət mərkəzində saxlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]