SALYANDA YENİ İŞ YERLƏRİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayonda bir sıra müəssisələr - respublika Nəqliyyat Nazirliyinin yol nəqliyyat servis departamentinin 3 nömrəli Yol-Yaşıllaşdırma MMC, “Hacıcamalxan” kəndli fermer təsərrüfatının süd və konserv emalı sexləri, “İlkin-N” firması, Aqrotexniki xidmət servisi, Sənaye malları bazarı, habelə çoxlu digər kənd təsərrüfatı və ticarət sahələri istifadəyə verilmişdir. Bundan əlavə, Aqrar Elm Mərkəzinin maddi-texniki bazasının xeyli genişləndirilməsi, plastik kütlə emalı və traktor mühərrikləri təmiri zavodlarının istehsal fəaliyyətlərinin bərpa edilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Bu işlərin nəticəsində 500 yeni iş yeri yaranacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]