SAMARA REZERVUAR ZAVODU ARDNŞ-İN LAYİHƏLƏRİNDƏ İŞTİRAK ETMƏK NİYYƏTİNDƏDİR
iyunun 5-də Bakıda ''Xəzər neft və qaz, neftayırma və neft kimyası 2006'' XIII Beynəlxalq sərgi-konfransında iştirak etmək üçün Bakıya gəlmiş Rusiya nümayəndə heyətinin üzvlərini - ''Samara Rezervuar Zavodu'' ASC-nin Direktorlar Şurasının sədri, ''Volqaburmaş'' ASC-nin Direktorlar Şurasının sədr müavini İqor Putin və Samara rezervuar zavodunun marketinq üzrə direktoru Fyodr Yeremenkonu qəbul etmişdir. Bu mötəbər tədbirdə iştirakdan qürur duyduqlarını bildirən İqor Putin, rəhbərlik etdiyi zavodun fəaliyyəti və imkanları haqqında ətraflı məlumat vermişdir. O bildirmişdir ki, zavodun modernləşdirilməsi proqramı çərçivəsində istehsalın bütün sahələrində yeni texnologiyalardan istifadə etməyə başlanılmışdır. Rezervuarların sink təbəqəsi ilə örtülməsi zavodun istehsal etdiyi məhsulların keyfiyyətinin yüksəlməsinə imkan verir.
ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin rezervuar parkının yeniləşdirilməsi proqramına start verildiyini və bu baxımdan Avropa malları ilə müqayisədə ucuz, lakin keyfiyyətcə onlardan geri qalmayan məhsullar istehsal edən Samara rezervuar zavodunun proqramın reallaşdırılması işində iştirak etmək niyyətini dəstəklədiyini qeyd etmişdir. Qonaqlar ARDNŞ-in bununla bağlı elan edəcəyi tenderlərdə, həyata keçirəcəyi layihələrdə mütləq iştirak edəcəklərini vurğulamışlar.