Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb
Bakı, 9 fevral, AZƏRTAC
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, fevralın 11-dək Günəş fəallığının bir qədər aktivləşəcəyi gözlənilir. M sinif alışmanın başvermə ehtimalı 55 faiz, X sinif isə 15 faiz təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin fevralın 10-dək proqnoz dövründə yüksək səviyyədə qalacağı, fevralın 11-də isə zəifləyəcəyi gözlənilir. Enerjisi 10MeV-dən çox olan proton selinin fon səviyyəsində qalacağı proqnozlaşdırılır. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.
Proqnoz dövründə CH HSS-in (Tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər seli) təsiri zəifləsə də, son baş vermiş aktivlik və CME-lərin geomaqnit sahəsinin aktivliyinə təsirinin bir müddət davam edəcəyi və sakitləşəcəyi proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]