Şamaxı Astrofizika Rəsədxanasında “Latex” proqramının tədrisinə başlanılıb
Bakı, 1 iyul, AZƏRTAC
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) gənc alim və mütəxəssislər üçün “Latex” proqramının onlayn tədrisi kursuna başlanılıb.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, bu təşəbbüsdə məqsəd gənc alimlərin elmi məqalələri müəyyən olunmuş standartlara uyğun olaraq tərtib etmə bacarıqlarını inkişaf etdirməkdir.
“Zoom” platforması üzərindən təşkil olunan onlayn tədbirdə rəsədxananın Təhsil şöbəsinin kompüter operatoru Cəmilə Əzimova “Latex” proqramı üzrə ümumi anlayışlar” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi “Latex” proqramının həm onlayn, həm də “soft” olaraq iş masasında istifadə qaydalarından danışıb. Proqramın “style” formatı və “usepackage”lərdən istifadə edərək cədvəl qurma, düstur yazma kimi ilkin anlayışlar haqqında məlumat verib və proqramda tətbiqini iştirakçılara nümayiş etdirib.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:51]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:11]