ŞAMAXIDA KARTOFÇULUĞA MARAQ BÖYÜKDÜR
Şamaxı rayonunda torpaq mülkiyyətçiləri kartof əkininə başlamışlar.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son illər təsərrüfatın bu gəlirli sahəsinə maraq xeyli artmışdır.
Bu il əkin sahələrinin 650 hektara çatdırılacağı gözlənilir. Kartofçuluğa daha çox maraq göstərilən Çuxuryurd, Nağaraxana, Qızmeydan, Dədəgünəş və digər kəndlərdə əkin daha mütəşəkkil aparılır. Torpaq mülkiyyətçiləri əkini aprelin sonunadək başa çatdıracaqlar.
Xatırladaq ki, ötən il rayonda 4 min 533,4 ton kartof istehsal olunmuşdur. Bu da inişilki göstəricidən 2,9 ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]