Şamaxıda şəhid ailələri ziyarət olunub
Şamaxı, 8 mart, AZƏRTAC
8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup şəhid ailəsi ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələri rayonda həm də Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, mərkəzin əməkdaşı Badam İsayeva, YAP rayon təşkilatı gənclər birliyinin sədri Nuranə Məmmədova, şəhər 9 nömrəli tam orta məktəbin direktor müavini Mətanət Daşdəmirova tərəfindən ziyarət ediliblər. Ziyarətçilər Şamaxı şəhərində, eləcə də Şəhriyar qəsəbəsində, Göylər kəndində olub, Böyük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların anaları, eləcə də həyat yoldaşları ilə görüşüb, onlara bayram hədiyyələri veriblər.