Şamaxıda şəhid övladları ziyarət olunub
Şamaxı, 31 dekabr, AZƏRTAC
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin övladları ziyarət edilib.
İcra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, uşaqlara onların atalarının uğurunda canlarından keçdikləri müqəddəs Azərbaycan bayrağı təqdim olunub, hədiyyələr verilib. Ziyarət zamanı şəhidlik zirvəsinə ucalan şamaxılıların övladlarının qayğıları ilə maraqlanılıb. Bir daha diqqətə çatdırılıb ki, şəhid ailələri, uşaqlar öz üzərlərində dövlətimizin daimi qayğısını hiss edəcəklər.