Samboçularımız yeniyetmə və gənclərin Avropa birinciliyində və böyüklər arasında qitə çempionatında mübarizə aparacaqlar
Bakı, 25 may, AZƏRTAC
Mayın 26-29-da Kipr Respublikasının Limasol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyi, böyüklər arasında Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi üç yaş qrupu üzrə (yeniyetmələr, gənclər və kişilər) idmançılar təmsil edəcəklər. Belə ki, yeniyetmələrin yarışında Azərbaycanı Məhəmməd Yaqubov (58 kq), Dilavər Abışov (64 kq), Toğrul İbrahimov (71 kq), Rəsul Aydəmirov (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq) təmsil edəcəklər.
Gənclərin yarışında Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Ağani Məmmədov (79 kq), Adil Adilzadə (88 kq), Toğrul Salmanov (+98 kq) mübarizə aparacaqlar.
Kişilər arasında baş tutacaq qitə çempionatında Eyvaz Baxşiyev (58 kq), Fuad Məmmədov (64 kq), Emil Həsənov (71 kq), Abdulla Abdullayev (79 kq), Ceyhun Hüseynov (88 kq), Toğrul Salmanov (+98 kq) iştirak edəcəklər.
Döyüş sambosu üzrə təşkil ediləcək yarışa isə samboçularımız Bəxtiyar Abbasov (88 kq) və Nəbi Məmmədov (98 kq) qatılacaqlar.
Qitə çempionatında ədalət təmsilçisi qismində beynəlxalq ekstra-dərəcəli hakim Cabir İsmayılov da iştirak edəcək.