Samirə Əşrəf: Gənc Tamaşaçılar Teatrı növbəti premyeraya hazırlaşır
Bakı, 12 iyun, Emil Məlikov, AZƏRTAC
İyunun 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç dramaturqu Benqt Alforsun "İllüziya" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşanın premyerası keçiriləcək.
Bu barədə AZƏRTAC-a teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib.
“Teatrın yeni yaradılmış “ArtStudiya”sında hazırlanan "35 ildən sonra" tamaşasının quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatı Zaur Rəşidovdur. Rolları Əməkdar artist Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə və Zümrüd Quliyeva ifa edirlər. Bir hissəli səhnə əsəri uzun illərdən sonra bir-birinə qovuşan ata və qız münasibətlərinin doğmalığının fonunda ailə dəyərlərini qorumaq üçün qarşılıqlı güzəşt və anlaşmanın vacib olmasınından bəhs edir”, - deyə mətbuat katibi qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]