Samuxda qanvermə aksiyası keçirilib
Samux, 1 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Samux rayonunda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin, Samux Rayon Mərkəzi Xəstəxanasının və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə keçirilən aksiyada tədarük olunan qan ehtiyatından hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə edilməsi nəzərdə tutulub.
Donorların sağlamlıq vəziyyəti Mərkəzi Qan Bankının xüsusi tibbi briqadası tərəfindən yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Aksiyada 100-dən çox sakin iştirak edib.