Samyuel Eto’O: “Qaradərili məşqçilərə etibar etmirlər, bizə ikinci növ adamlar kimi baxırlar”
Bakı, 8 yanvar, AZƏRTAC
Kamerunlu futbolçu Samyuel Eto’O onu “Mən meymun deyiləm” filmində çəkilməyə sövq etmiş səbəblər barədə danışıb.
AZƏRTAC xəbər verir ki, “Sport” nəşri Samyuel Eto’Onun aşağıdakı sözlərini sitat gətirib: “Mən Avropada oyunçu kimi qalib gəlmişəm və bunu məşqçi kimi də etməliyəm. Bəzi qaradərili futbolçular məşqçi olmur, amma afrikalı məşqçilər var. Məsələ burasındadır ki, onlara başqa mütəxəssislər kimi etibar etmirlər. Qaradərili məşqçilərə etibar etmirlər, bizə ikinci növ adamlar kimi baxırlar”.
“Mən meymun deyiləm” filmində Avropa futbolunda irqçilik məsələsindən bəhs edilir. Filmdə Samyuel Eto’O ilə yanaşı Samyuel Umtiti, Patrik Vieyra və Mario Balotelli də çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]