Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sankt-Peterburq terroruna görə məsuliyyəti kim daşıyır?

Sankt-Peterburq terroruna görə məsuliyyəti kim daşıyır?

Moskva, 7 aprel, AZƏRTAC 

Xəbər verildiyi kimi, aprelin 3-də Sankt-Peterburq metrosunun “Texnoloqiçeskiy institut” stansiyasında törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 45 nəfər yaralanıb. Həmin gün Sankt-Peterburq metrosunda daha bir terror hadisəsinin qarşısı alınıb. “Ploşad Vosstaniya” stansiyasında partlayıcı qurğu olan çanta aşkar edilərək zərərsizləşdirilib.

Sankt-Peterburq metrosundakı partlayış nəticəsində azərbaycanlı qız Dilbər Əliyeva həlak olub. Digər azərbaycanlı gənc Zaur Vəliyev isə yaralanıb. Rusiya Təhqiqat Komitəsinin məlumatına görə, partlayışı terrorçu-kamikadze, əslən Qırğızıstandan olan Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Əkbərjon Cəlilov törədib.

Hazırda Sankt-Peterburqda və Rusiyanın digər regionlarında Federal Təhlükəsizlik Xidməti və Rusiya Təhqiqat Komitəsi Əkbərjon Cəlilovu və ya terrorla əlaqəsi ola biləcək bütün şəxsləri yoxlayır. Rusiyanın güc strukturları xüsusi əməliyyatlar nəticəsində Orta Asiya respublikalarından gəlmiş səkkiz vətəndaşı saxlayıblar. Saxlanılan şəxslər Ə.Cəlilovun telefon danışıqlarının və elektron poçt vasitəsilə yazışmalarının təhlili nəticəsində müəyyən ediliblər. Onların Rusiyada qadağan edilmiş ekstremist təşkilatların üzvləri olduğu ehtimal edilir.

Rusiya Prezidenti Vladimir Putin aprelin 5-də MDB Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətlərinin rəhbərləri ilə görüşüb. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-mayor Orxan Sultanovun da iştirak etdikləri görüşdə terrorizmlə mübarizədə səyləri birləşdirməyin vacibliyi vurğulanıb.

Son günlərin hadisələrini təhlil edən analitiklər Rusiyada 2010-cu ildən sonra ən böyük terror aktı olan Peterburq hadisəsinə görə heç bir terror qruplaşmasının məsuliyyəti öz üzərinə götürməməsindən təəccüblənirlər. Məsələn, martın 24-də Çeçenistan hərbi hissəsində baş vermiş hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü. Bəs Peterburq partlayışına kim cavabdehdir?

Güc strukturlarındakı mənbələrin fikrincə, əgər Peterburq metrosundakı terror hadisəsinə görə hər hansı təşkilat məsuliyyəti öz üzərinə götürərsə, xüsusi xidmət orqanları diqqəti həmin qurumun ətrafında cəmləşdirəcək və onda həmin qrupun silsilə terror aktları törətmək şansı azalacaq. Bəlkə də terrorçular bu səbəbdən üzə çıxmırlar. Onlar ehtimal edirlər ki, Peterburq hadisəsinin təşkilatçıları Rusiyada yeni terror aktları planlaşdırırlar. Antiterror mütəxəssisləri Peterburq hadisəsi ilə bağlı üç versiya irəli sürürlər. Partlayışı heç bir təşkilatla əlaqəsi olmayan dini fanatik özbaşına törədib. İkinci ehtimala görə, bu, Rusiyaya qarşı terrorun başlanğıcı ola bilər və terror aktları davam edəcək. Üçüncü versiya isə hadisənin kəşfiyyat xarakterli olduğu ehtimalıdır. Məsələn, bu qış ərzində Peterburq metrosunun bu və ya digər stansiyasının terror təhlükəsinə görə bağlanması barədə məlumatlar tez-tez yayılırdı. Hətta hadisənin baş verdiyi gün, aprelin 3-də səhər Peterburq metrosunun “Çyornaya Reçka” stansiyası bağlanmışdı. Güc strukturları stansiyada partlayıcı qurğu olması barədə xəbəri yoxlayırdılar. Başqa sözlə, Peterburq terroru Rusiyada antiterror vəziyyətinin, güc strukturlarının fəaliyyətinin sınaqdan keçirilməsi kimi də qiymətləndirilə bilər. Ekspertlər hesab edirlər ki, İŞİD qruplaşması terror aktının təşkilatçısı olduğu halda 48 saat ərzində hadisəyə görə məsuliyyəti öz üzərinə götürür. Əgər bu, baş vermirsə, deməli, ya terrorçunun həmin təşkilata aidiyyəti yoxdur, ya da partlayışı törədənlərdən sağ qalanı var və qruplaşma istintaq üçün ipucu vermək istəmir.

Ə.Cəlilovun təkbaşına terrorçu-kamikadze olması da ehtimal edilir. Ekspertlər deyirlər ki, son vaxtlar İŞİD qruplaşması daha bir metoda əl atıb. İndi terrorçu “mərkəz”dən idarə olunmur, o, hadisəni nə vaxt, harada, hansı vasitələrlə törətmək barədə özü qərar verir. Belə terrorçuları “tənha qurdlar” adlandırırlar.

Daha bir variant Orta Asiya amilidir. Partlayışın təşkilatçıları Rusiyada qarşıdurma yaratmaq, Orta Asiya respublikalarından gələn miqrantlara və müsəlmanlara qarşı nifrət toxumu səpmək məqsədi də güdə bilərlər. Bu isə cəmiyyətdə narazılığın və təşvişin yaranmasına səbəb olacaq.

Terror qruplaşmaları ilə əlaqəsi olan insanların axtarışları müxtəlif istiqamətlərdə aparılır. Hazırda gənclərin internet vasitəsilə ekstremist təşkilatlara cəlb olunması metodu geniş yayılıb. Terror təşkilatları öz üzvlərinin əksəriyyətini sosial şəbəkələrdə tapırlar. Müasir dövrdə şəbəkə terrorunun metodları artıq əvvəlkilərdən fərqlidir. Terrorçular hamı kimi adi həyat sürür, gizli görüşlər və yığıncaqlar keçirmirlər, sadəcə “mərkəz”dən göstəriş gözləyirlər. Əkbərjon Cəlilovun “Vkontakte” sosial şəbəkəsindəki səhifəsi yaşıdlarının səhifələrindən fərqlənir. O, digər gənclər kimi müxtəlif videolar və ya “selfilər” bölüşmür. Ə.Cəlilov sonuncu dəfə səhifəsinə doğum günündə, aprelin 1-də daxil olub. Ehtimal olunur ki, o, terror təşkilatları ilə məhz bu səhifəsi vasitəsilə əlaqə qurub. Bundan əlavə, hələlik təsdiqlənməmiş məlumatlara görə, Ə.Cəlilov İŞİD qruplaşmasının tərkibində Suriyada və ya İraqda döyüşüb.

Qırğızıstanın Oş şəhərində doğulmuş Ə.Cəlilov əslən özbəkdir. Hələ uşaq ikən ailəsi ilə birlikdə Sankt-Peterburqa gəlib. 2011-ci ildə ailəsi Qırğızıstana qayıdıb, lakin o, işləmək üçün Peterburqda qalıb və hətta Rusiya vətəndaşlığı ala bilib. Üç il əvvəl 20 yaşlı Ə.Cəlilovun Cənubi Koreyaya getdiyi bildirilir. Lakin gəncin həmin dövrdə Suriyada və ya İraqda silahlılara qoşulması istisna olunmur. Bir ay əvvəl Ə.Cəlilov doğulduğu Oş şəhərinə gedib, geri qayıdarkən birbaşa Sankt-Peterburqa deyil, Moskvaya gəlib. İstintaq onun Moskvada kiminlə görüşdüyünü də müəyyən etməyə çalışır.

Gələcək terrorçu-kamikadze internetdə bir neçə dini qrupun üzvü olub. Belə qruplardan biri ABŞ-da Boston marafonunda partlayış törətmiş Sarnayev qardaşlarının da vaxtilə üzv olduqları internet birliyidir. Bu cür qruplar adətən açıq təbliğatla məşğul olmadığından onları ekstremist yönümlü kimi qiymətləndirmək çətindir. Mütəxəssislər Ə.Cəlilovun qoşulduğu qrupların böyük beynəlxalq terror şəbəkənin bir hissəsi olduğunu bildirilər. Bu şəbəkələrin əsas məqsədi gəncləri dinc əhaliyə qarşı terrora cəlb etməkdir.

Əkbərjon Cəlilovun cəsədini götürmək və istintaqın suallarına cavab vermək üçün Sankt-Peterburqa gələn terrorçunun valideynləri hava limanında jurnalistlərə övladlarının cinayətkar olmasına inanmadıqlarını bildiriblər. Belə çıxır ki, terror təşkilatları kimi valideynlər və yaxınları da məsuliyyəti üzərlərindən atmağa çalışırlar.

Belə görünür, nə qədər ki valideynləri, dostları, tanışları, qonşuları gələcək terrorçunun formalaşmasının qarşısını almayacaq, onun niyyətlərindən və planlarından xəbərsiz olacaq “terror” sözü lüğətimizdə ön plana çıxacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib