SANKT-PETERBURQDA GECƏ SAKİTLİYİN POZULMASINA GÖRƏ CƏRİMƏLƏR ARTIRILIR
Əgər əvvəllər şəhər qanununa görə, saat 23-dən sonra maqnitofonu, televizoru tam gücü ilə işə salan, ucadan mahnı oxuyan və ya musiqi alətlərində gurhagurla çalan vətəndaşlar əmək haqqının minimum məbləğinin yarısından 10 qisminədək cərimə ödəməli idisə, indi cərimə bu məbləğin 50 qisminədək artırılır. Əgər cərimələnmiş vətəndaş qonşuların dincliyinə yenidən haram qatsa, onda cərimənin məbləği iki dəfə qaldırılacaqdır.
Xatırladaq ki, Sankt-Peterburqda gecə vaxtları qadağan edilmiş səslərin siyahısına taraqqa partladılması, təmir və yükvurma-yükboşaltma işləri görülməsi, avtomobillərin səs siqnallarından istifadə olunması da daxildir.