“Sarayevonun ürəyi” kinofestivalında ölkəmizin də iştirakı gözlənilir
Sarayevo, 25 iyul, AZƏRTAC
26-cı “Sarayevonun ürəyi” kinofestivalında 49 film yüksək mükafat uğrunda yarışacaq. Dörd nominasiya üzrə bədii, sənədli, tələbə və qısametrajlı filmlər mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, festivalda iştirak edən ölkələr arasında Azərbaycanla yanaşı, Albaniya, Avstriya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Malta və Türkiyə istehsalı olan filmlər də var.
Seçim mərhələsində təqdim olunan 750 filmdən yalnız 49-u finala vəsiqə qazanacaq. Seçiləcək ekran əsərlərindən səkkizi dünya premyerasında göstərilməyə vəsiqə qazanacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]