SDQ-nin hücumu nəticəsində 11 hərbçi ölüb, 25-dən çox yaralı var
Qahirə, 22 yanvar, AZƏRTAC
Qeyri-qanuni silahlı birləşmə kimi fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən bu ölkə ordusunun mövqelərinə edilən PUA hücumu nəticəsində 11 hərbçi ölüb, 25-dən çoxu yaralanıb.
AZƏRTAC SANA informasiya agentliyinə istinadla xəbər verir ki, hücum tərəflər arasında əldə edilmiş dördgünlük atəşkəs qüvvəyə minəndən sonra baş verib.
Qeyd edilməlidir ki, Suriyanın Müdafiə Nazirliyi çərşənbə axşamı bütün cəbhə boyu dördgünlük atəşkəs elan edib. Suriya mənbələrinə görə, buna baxmayaraq, SDQ atəşkəs rejimini dəfələrlə pozub.
Suriya ordusu SDQ-yə qarşı əməliyyatlarını genişləndirib. Əməliyyatlar SDQ-nin silahlarını təhvil vermələri və vahid Suriya ordusuna inteqrasiyası üzrə keçirilən danışıqların nəticəsiz yekunlaşmasından sonra başlayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]