Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sebastian Fettel Bakıda keçirilən yürüşün nəticəsinə görə ən yüksək qiymət alıb

Sebastian Fettel Bakıda keçirilən yürüşün nəticəsinə görə ən yüksək qiymət alıb

Bakı, 11 iyun, AZƏRTAC

Böyük Britaniyanın “Sky Sports” telekanalının jurnalistləri Formula 1 çempionatının Azərbaycan Qran-Prisində çıxış etmiş pilotları on ballıq şkala üzrə dəyərləndiriblər.

AZƏRTAC həmin dəyərləndirməni təqdim edir.

SERXİO PERES: 9

Serxio Peres deyirdi ki, “Red Bull”a alışmaq üçün ona 5 yürüş lazımdır. Meksikalı bu uik-enddə növbəti sürəti işə salmağa nail oldu. Əlbəttə ki, onun rəqibinin şinlə bağlı ciddi problemi olmasaydı, o, yürüşü qazana bilməyəcəkdi. Lakin gördüyü bütün gərgin işdən sonra Serxio bu nəticəyə layiq idi.

Serxio restartda rəqibini irəli buraxmamaq üçün əlindən gələni etdi. Sonra hidravlikada yaranan problemə baxmayaraq, bolidi finişə çatdırdı. Karyerasında ikinci, “Red Bull”da birinci qələbə. Bravo, Serxio!

SEBASTİAN FETTEL: 9,5

Son həftələr Sebastian Fettel üçün əlamətdar oldu. İki şəhər halqasında o, özünü parlaq şəkildə xatırlatdı: Monakoda beşinci və Bakıda ikinci yer yaşıl maşının sükanı arxasında onun karyerasını yenidən işıqlandırdı.

Bakıda Sebastian son günlər ərzində daha yaxşı formada idi. Təsnifat yürüşünün finalında yaxşı çıxış etməsinə baxmayaraq, o, sakitliyini qoruyub saxlayır və yürüşü əminliklə aparırdı.

Maks Ferstappen oyundan kənarlaşandan, Luis Hemilton isə restartda səhvə yol verdikdən sonra Fettelin bütün səyləri hədər getmədi. Azarkeşlər onu “Günün yürüşçüsü” adlandırdılar, belə seçimlə mübahisə etmək çətin məsələdir.

PYER QASLİ: 9

Yürüş qarmaqarışıqlığa çevrilən kimi Pyer Qasli dərhal bundan istifadə edir. Lakin elə fikirləşməyin ki, Bakıda fransalının bəxti gətirib. O, bütün uik-end boyunca yüksək sürət nümayiş etdirib.

Qasli yekun məşqdə yaxşı vaxt nəticəsi göstərdi, sonra isə təsnifatda 4-cü oldu. Bununla da o, karyerasında ən yaxşı nəticəni təkrarladı. Startdakı düz yolda Pyer möhtəşəm mübarizədə Şarl Lekleri geridə qoydu, daha sonra “Ferrari”nin pilotunu arxada saxlaya bildi. Hər şeyə rəğmən o, nəticələrə nail olmaqda davam edir.

ŞARL LEKLER: 8,5

Şarl Lekler hələ startdan əvvəl bilirdi ki, Ferstappeni və Hemiltonu geridə saxlamaq çətin olacaq. Yürüşdən daha çox təsnifat mərhələsinə daha yaxşı hazırlanan “Ferrari” sükanı arxasında Lekler irəli getməkdən daha çox müdafiə olunurdu.

Şənbə günü Şarl yenidən yaxşı çıxış etdi. O, yürüşdən sonra azacıq məyusluq hiss edə bilərdi. Lakin bu, Monakoda olan nəticə ilə müqayisədə açıq-aşkar yaxşı nəticə idi.

LANDO NORRİS: 8

Bakı uik-endi Lando Norris üçün əsl “Amerika təpələri” oldu. Finişdə 5-ci olmaq Landonun “McLaren”də nə dərəcədə sabit olmasını nümayiş etdirir.

Lando startda daha üç mövqe itirərək onluqdan uzaqlaşdı. Daha sonra uduzduğunu geri alaraq Yuki Tsunodanı ötdü və finişdə 5-ci oldu.

FERNANDO ALONSO: 8,5

Biz Bakıda əvvəlki Fernando Alonsonu gördük. İspaniyalı uik-end boyunca ilk onluqda idi, finişə 6-cı çatması isə onun qayıdışından sonra ən yaxşı nəticəsi oldu.

Əgər iki final dövrəsinin yekunlarına görə ən yaxşı pilotu seçmiş olsaydıq, bu, Alonso ola bilərdi. Gözəl çıxış idi.

YUKİ TSUNODA: 7,5

Monako mərhələsindən sonra “AlphaTauri”də qərara aldılar ki, Yuki Tsunoda bazanın yaxınlığında yaşamaq məqsədilə İtaliyaya köçməlidir. Yaponiyalı pilot simulyatorda xeyli işləyib və bu hazırlıq özünü göstərdi.

Tsunoda Bakıda ortağını keçə bilməsə də, karyerasında ilk dəfə olaraq təsnifat finalına çıxdı, finişdə 7-ci yer isə onun karyerasında ən yaxşı nəticə oldu.

Təsnifat finalında bolidi əzən Tsunoda finişdən sonra bildirib ki, son dövrələrdə iki mövqe itirməsinə görə pərişandır. Lakin şübhə yoxdur ki, o, irəliləyişə nail olub.

KARLOS SAYNS: 6

Bu, Karlos Sayns üçün məyusedici uik-end oldu. O, 8-ci yerdən daha yaxşı nəticə qazana bilərdi.

Karlos yürüşün 11-ci dövrəsində səhvə yol verdi. O, tormozlamada ön təkərləri blok edərək, 8-ci döngədə bolidi “cib”ə sürdü. Bu, Saynsın uik-enddə ikinci səhvi idi. Bu vaxtadək ispan təsnifat finalında maşını əzmişdi. Bazar günü buraxdığı səhv ona baha başa gəldi və o, cəmi bir neçə xal qazana bildi.

DANİEL RİKKARDO: 6,5

Ötən illərdə Bakı mərhələlərində qarışıqlıqdan öz xeyrinə məharətlə istifadə edən pilot bu bazar günü cəmi 2 xalla kifayətləndi. Daniel ən azından Monako ilə müqayisədə daha yaxşı çıxış etdi.

Bu mövsümdəki təsnifat yarışlarında çıxışlar avstraliyalının çox da güclü tərəfi deyil. Norrislə müqayisədə onun problemi daha çox idi, o da təsnifatın ikinci hissəsində bolidi əzmişdi.

Daniel yürüşdə mübarizə aparmağa davam etdi və finiş xəttini 9-cu keçdi. Təəssüf ki, belə təsnifatdan sonra bu, onun nəzərdə tutduğu maksimum idi.

KİMİ RAYKKONEN: 7,5

İmolada 9-cu yerdən məhrum olan Kimi Raykkonen 2021-ci ildə özünün ilk xalını qazandı.

“Son iki dövrəyədək mənim yürüşümdə praktik olaraq heç nə baş vermirdi”, - deyə Kimi finaldan sonra bildirib. Finlandiyalı təsnifat yürüşündə bolidini əzmiş ortağını geridə qoydu. Yürüşdə isə rəqiblərini üstələyən Kimi digər pilotların problemlərindən istifadə edərək mövqeyini möhkəmlətdi. Bakı mərhələsi onun inamlı çıxışı və karyerasında 216-cı finişi idi.

ANTONİO COVİNATSİ: 6,5

Antonio Covinatsi yürüşdə xal qazanmağa yaxın idi, lakin o, restartda Kimini özündən irəli buraxdı.

20-ci mövqedən start götürən Covinatsi birinci dövrədə 6 yer qazandı, daha sonra Karlos Sayns ilə gözəl duel apardı.

VALTTERİ BOTTAS: 4

Luis Hemiltonun restartda yol verdiyi səhv daha yaddaqalan oldu. Lakin o, ən azından W12 avtomobilinın də sürətli olduğunu nümayiş etdirdi. Valtteri Bottasın isə bütün uik-end boyunca sürəti yox idi. Görünür, Valtteri üçün bu, Formula 1 çempionatında bütün karyerası ərzində onun rəqabət qabiliyyətinin ən aşağı səviyyədə olduğu mərhələ idi.

Ortağından fərqli olaraq Bottas münasib sazlama tapa bilmədi və təsnifatda yalnız 10-cu yerdə qərarlaşdı. Yürüşdə onun sürəti daha pis idi və o, orta qruplardan olan, hətta “Alfa Romeo” komandasını belə ötə bilmədi.

MİK ŞUMAXER: 7

Mik Şumaxerin radiodanışıqlarda təmkinliyi hələ də onun fərqli xüsusiyyətidir. Lakin Bakıda düz məsafədə 13-cü yer uğrunda mübarizə aparanda ortağının qəfil manevri hətta Miki də qəzəbləndirdi.

Təhlükəsizlik avtomobilinin trasda olduğu anda pit-stopda yaranan problemlər Mikə mane olsa da, o, yürüşü yaxşı aparırdı. Restartda Nikita Mazepin Miki geridə qoydu, lakin sonra alman pilot mövqeyini özünə qaytardı.

NİKİTA MAZEPİN: 5,5

Finişə Luis Hemiltondan əvvəl, 14-cü yerdə çatmaq? Uik-enddən əvvəl Nikita Mazepin yəqin ki, bu nəticə ilə razılaşardı.

Formula 1 çempionatının Azərbaycan Qran-Prisi rusiyalı pilot üçün çətin oldu. Təsnifat yürüşündə o, yenə də ortağına güzəşt etdi, yürüşdə bir neçə səhvə yol verdi. Təhlükəsizlik avtomobili və qırmızı bayraqlarla onun bəxti gətirdi, onların sayəsində Mazepin pelotona çata bildi.

Restartdan sonra Mazepin az qala ciddi qəza törədəcəkdi: o, düz yolda Mik Şumaxeri irəli buraxmamağa cəhd göstərirdi.

NİKOLAS LATİFİ: 6

Nikolas Latifi üçün heç də şən yürüş deyildi. Finişdən sonra o, özünü “tənha” hiss etməsi barədə fikirlərini bölüşüb.

Bütün bunlarla yanaşı, onun komandası qırmızı bayraqlar qaldırılan zaman ona trasda qalmağı məsləhət görməklə səhvə yol verdilər. Bu səbəbdən aldığı cərimə Nikolasın restartda xal qazanmağa bütün ümidlərini puça çıxardı.

LUİS HEMİLTON: 6,5

Luis Hemilton özü üçün səciyyəvi yürüş aparırdı, lakin hər şey “Mercedes”in pilotu üçün qeyri-xarakterik başa çatdı: həlledici anda kobud səhv və xalsız finiş.

Uğursuz cümə günündən sonra “Mercedes” və Hemilton şənbə və bazar günləri möcüzələr yaratdılar. “Red Bull”un sürətinin yüksək olmasına baxmayaraq, Ferstappenin oyundan çıxması Luisə çempionatda liderliyi qaytarmaq üçün gözəl fürsət verdi.

Lakin Luis bu şansı əldən buraxdı, əyləclərin sazlamasına cavabdeh olan sükanaltı rıçaqı səhvən qoşdu. Əgər bu xəta olmasaydı, o, öz çıxışına görə reytinqdə sözsüz 9 bal toplaya bilərdi.

CORC RASSEL: 7

Ötürmə qutusunun nasazlığı Corc Rasselin sonda “mini-yürüş”də iştirakına imkan vermədi.

Corc ondan gözlənilən hər şeyi etdi: təsnifatın ikinci hissəsinə çıxdı və yürüşdə inadla mübarizə apardı.

MAKS FERSTAPPEN: 9

Maks Ferstappen və Bakı: o qədər də yaxşı dostlar deyil.

Bakıda podiuma qalxmaq Maksa hələ də nəsib olmayıb. Bazar günü finişə beş dövrə qalmış baş verən partlayış onu dayanmağa məcbur etdi. Taleyin qismətindən, bu vaxtadək Maksın şinlərlə bağlı problemləri ondan arxada gələn rəqiblərinə nisbətən daha az olub və o, yürüşü Luis Hemiltona məxsus tərzdə aparıb. Şinin partlama səbəbi nə olursa-olsun, Maks Azərbaycandan qazanılmayan xalla getdi.

Lakin Hemiltonun gözlənilməz səhvi sayəsində Ferstappen liderliyi qoruyub saxlaya bildi.

LENS STROLL: 6,5

Yürüş Lens Stroll üçün yaxşı gedirdi. Kanadalı təsnifat yürüşündə qəza səbəbindən 19-cu yerdən start götürəndən sonra uzun məsafəli yolun birinci hissəsində “Hard” şinlərində yaxşı sürət nümayiş etdirdi.

Stroll yəqin ki, xal qazana bilərdi, lakin uik-end qəza ilə başa çatdı. Kanadalı bu qəzanın səbəbini arxa şinin partlamasında gördü. Güclü zərbə və gərgin işdən sonra mərhələnin üzücü sonu.

ESTEBAN OKON: 6

Esteban Okon təsnifat yarışında Fernando Alonsoya güzəşt etdi, yürüşdə isə onun itirdiyini geri qaytarmaq şansı yox idi. Onun mübarizəsi cəmi bir neçə dövrə davam etdi, sonra isə “Alpine”nin pilotu güc itirilməsi səbəbindən oyundan kənarlaşdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir