Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sədərək Rayon Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilib

Sədərək, 26 oktyabr, AZƏRTAC

Sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonu son illər inkişaf edərək müasir görkəm alıb. Rayonda insanların məskunlaşması, rahat yaşaması üçün bütün tədbirlər görülüb, yeni iş yerləri açılıb, rayon mərkəzi Heydərabad qəsəbəsi və kəndləri quruculuq meydanına çevrilib. Sərhədləri etibarlı müdafiə olunan Sədərək rayonunda bu gün intellektli, təhsilli və vətənpərvər gənc nəsil yetişdirilir. İstedadı və qabiliyyəti olan gənclər üçün bütün imkanlar yaradılır, məktəb binaları, musiqi məktəbləri tikilib istifadəyə verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 26-da Sədərək Rayon Uşaq Musiqi Məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, muxtar respublikada mədəniyyətin və incəsənətin inkişafı diqqət mərkəzində saxlanılır. Hər il yeni mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tikilərək istifadəyə verilir. Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin daha bir ifadəsidir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə keçirilən müsabiqələrdə uğurla iştirak edirlər. Natəvan Qədimova muxtar respublikada mədəniyyətin və incəsənətin inkişafına göstərilən qayğıya görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək Rayon Uşaq Musiqi Məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Sədərək Rayon Uşaq Musiqi Məktəbinin əsası 1987-ci ildə qoyulmuş, həmin vaxt Sədərək kənd Uşaq Musiqi Məktəbi yaradılmışdır. 1991-ci ildən isə musiqi məktəbi Sədərək Rayon Uşaq Musiqi Məktəbi kimi fəaliyyət göstərir. Hazırda musiqi məktəbində 144 şagird təhsil alır. Perspektiv nəzərə alınmaqla 320 yerlik yeni məktəb binasının tikilməsi gələcəkdə də musiqi duyumu və qabiliyyəti olan uşaqların məktəbə cəlb edilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, bu sahədə lazımi tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən yeni məktəb binaları tikilir, musiqi məktəbləri yaradılır, istedadlı uşaqların adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır. Muxtar respublikada da uşaqların asudə vaxtlarının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, məktəbdənkənar təhsil müəssisələrində, musiqi, idman və peşə məktəblərində uşaqların qabiliyyətlərini nümayiş etdirmələri üçün lazımi şərait yaradılır.

“Uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili, qabiliyyətlərinin istedada çevrilməsi üçün, ilk növbədə şərait olmalıdır”, - deyən Ali Məclisin Sədri bildirib ki, musiqi məktəblərinin yaradılmasında əsas məqsəd də uşaqların asudə vaxtının səmərəli təşkilindən, musiqi duyumu və qabiliyyəti olan uşaqların üzə çıxarılmasından, milli musiqimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir. Bu gün Sədərək Rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri yaradılan şəraitdən düzgün istifadə etməli, ölkəmizin musiqi mədəniyyətinin inkişafına öz töhfələrini verməlidirlər. Musiqi məktəblərində milli musiqimizin şagirdlərə hərtərəfli öyrədilməsi imkan verəcəkdir ki, onlar gələcəkdə musiqi mədəniyyətimizin, milli dəyərlərimizin daşıyıcılarına çevrilsinlər. Ona görə də musiqi məktəblərində təhsil alan şagirdlərə gələcəyin qurucusu, milli dəyərlərimizin, mədəniyyətimizin daşıyıcısı kimi baxılmalıdır. Hər bir şagirdlə fərdi qaydada məşğul olunmalı, istedadı olan gənclər üzə çıxarılmalı və adları Naxçıvan Muxtar Respublikasının gənc istedadlarının “Qızıl kitabı”na yazılmalıdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında musiqi məktəbinin kollektivinə uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Sədərək rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərə kompyuterlər hədiyyə edib, binanın açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan binada 35 sinif otağı, müəllimlər və iş otaqları, kitabxana, zal və bufet vardır. Məktəbdə xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbələri fəaliyyət göstərir, tar, kamança, nağara, fortepiano, klarnet, qarmon və vokal ixtisasları üzrə musiqiçi kadrları hazırlanır. Həmçinin məktəbdə skripka ixtisasının tədris olunması da nəzərdə tutulub.

Kitabxananın fondunda 200 tədris vəsaiti və musiqi ədəbiyyatı vardır. Azərbaycan musiqi sənətinə aid dərsliklər, görkəmli bəstəkarlarımız və dünya klassikləri haqqında ədəbiyyatlar, o cümlədən digər tədris vəsaitləri şagirdlərin musiqi təliminin nəzəri əsaslarına dərindən yiyələnməsinə şərait yaradır.

Ali Məclisin Sədri kitabxana fondunun milli musiqi nəzəriyyəsinə aid ədəbiyyatlarla zənginləşdirilməsi barədə tapşırıq verib.

Sinif otaqlarında müvafiq ixtisaslara aid musiqi alətləri, o cümlədən 6 pianino qoyulub. Güclü maddi-texniki baza tədrisin səmərəli təşkilinə, uşaqların incəsənətin bu növünə marağının artırılmasına və musiqiçi kadrların hazırlanmasına imkan verəcəkdir.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Hər bir xalqın qədimliyi, kimliyi həm də onun milli musiqisində yaşayır. Azərbaycan xalqının min illər ərzində formalaşan qədim musiqi mədəniyyəti vardır. Muğamlarımız, aşıq sənəti, yallılarımız milli musiqimizin tarixindən xəbər verir. “Gəmiqaya” abidələrindəki təsvirlər xalqımızın qədim sənətkarlıq mədəniyyətinin izlərini yaşadırsa, yallılarımız isə min illər ərzində formalaşan milli musiqi sənətimiz haqqında məlumat verir. Bu gün musiqi məktəblərində tədrisin nümunəvi təşkili milli musiqimizin şagirdlərə hərtərəfli öyrədilməsindən başlayır. Pedaqoji kollektiv tədris zamanı milli musiqi mədəniyyətimizin təbliğini üstün istiqamət kimi götürməli, muğamlarımız, aşıq sənəti, yallı və xalq mahnılarımız şagirdlərə ətraflı öyrədilməlidir.

Müəllimlərdən Samirə Əliyeva musiqi məktəbində yaradılan hərtərəfli tədris şəraitinə görə pedaqoji kollektiv adından minnətdarlıq edib, bundan sonra da istedadlı və bacarıqlı musiqiçi kadrların hazırlanması sahəsində səylə çalışacaqlarını bildirib.

Konsert zalında Sədərək Rayon Uşaq Musiqi Məktəbinin şagirdləri maraqlı musiqi nömrələri təqdim ediblər.

Ali Məclisin Sədri məktəbin şagirdləri ilə xatirə şəkli çəkdirib.

Binanın həyətində də geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür