“Sədərək” ticarət mərkəzində müxtəlif təyinatlı 20 minədək pirotexniki vasitə aşkarlanıb
Bakı, 16 dekabr, AZƏRTAC
Polis əməkdaşları tərəfindən paytaxt ərazisində partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının “Sədərək” ticarət mərkəzində keçirdikləri tədbirlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə topdansatışını təşkil edən 67 yaşlı E.Hüseynov və 42 yaşlı N.Əsədov saxlanılıblar. Onların ticarət mərkəzində yerləşən obyektlərinə baxış keçirilərkən müxtəlif təyinatlı 20 minədək pirotexniki vasitə aşkarlanıb.
Hər iki fakt üzrə saxlanılan şəxslər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]