Səfir: Azərbaycan işğal olunmuş ərazilərə qanunsuz səfərlərin qarşısını beynəlxalq hüququn aliliyinə söykənərək almaqdadır
İstanbul, 18 fevral, АZƏRTAC
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun ölkəmizin işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər edən Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı müsahibəsi Anadolu Agentliyi və “Daily Sabah” qəzeti tərəfindən yayılıb.
İngilis dilində verilən müsahibədə səfir diqqətə çatdırır ki, A.Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq hüququn qələbəsidir. Azərbaycanın işğal altındakı torpaqlarına həyata keçirilən səfərlər Ermənistanın təcavüzkar siyasətindən irəli gələrək turistik səyahət xarakterli deyil, cinayət təşəbbüsü olaraq qiymətləndirilir.
Diqqətə çatdırılır ki, Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan rəhbərliyi tərəfindən dövlət mənafelərinin qorunması istiqamətində atılmış qətiyyətli addımlardan biridir. Lapşinlə bağlı bütün məsələlərə hüquqi çərçivədən yanaşılması zəruridir. Azərbaycan beynəlxalq hüququn aliliyinə söykənərək qətiyyətli mövqeyini birmənalı şəkildə nümayiş etdirib və öz yoluna davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul