Şəhərlərin dayanıqlı inkişafı üçün məlumat əsaslı yanaşmalar müzakirə olunur
Bakı, 20 may, AZƏRTAC
Şəhərlərin daha səmərəli idarə olunması və dayanıqlı inkişafının təmin edilməsi üçün müasir dövrdə etibarlı və əlçatan məlumatların rolu xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə şəhər rəhbərləri, inkişaf tərəfdaşları və data sahəsində fəaliyyət göstərən innovatorlar bir araya gələrək məlumat əsaslı qərar qəbuletmə mexanizmlərinin gücləndirilməsi məsələlərini müzakirə edirlər.
Müzakirələrdə şəhər idarəetməsində istifadə olunan məlumatların daha tətbiq edilə bilən, inteqrasiya olunmuş və inklüziv inkişafı dəstəkləyən formatda təqdim olunmasının vacibliyi vurğulanır.
Qeyd edilib ki, müasir texnologiyalar və rəqəmsal alətlər şəhərlərdə problemlərin daha operativ şəkildə müəyyənləşdirilməsinə və effektiv həll yollarının tətbiqinə imkan yaradır. Tədbir iştirakçıları şəhərsalma prosesində sübuta əsaslanan yanaşmaların genişləndirilməsinin inklüziv və dayanıqlı şəhər inkişafına mühüm töhfə verəcəyini bildirilir.
Müxbirlər -Vüqar Qurbanoğlu, Günel Alıyeva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [14:59]
WUF13-də şəhərlərin üzləşdiyi çağırışlar və həll yolları müzakirə olunub
- 20.05.2026 [14:57]