Deputat: Dağlıq ərazilərdə infrastrukturun inkişafı urbanizasiyanın qarşısını alır
Bakı, 20 may, AZƏRTAC
Dağlıq ərazilər zəngin mədəni və etnik müxtəlifliyi ilə seçilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Mübariz Qurbanlı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin davamlı inkişafı” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
Mübariz Qurbanlı bildirib ki, dağlıq ərazilərdə yeni iş yerlərinin açılması, infrastrukturun inkişafı, təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi yalnız dağ rayonlarının deyil, bütövlükdə ölkənin inkişafı üçün vacibdir. Belə yanaşma iri şəhərlərə düşən yükü azaldır və həddindən artıq urbanizasiyanın qarşısını alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [13:59]
UNOSSC direktoru: WUF13-də ASAN xidmət təcrübəsinə beynəlxalq maraq var
- 20.05.2026 [13:55]