UNESCAP nümayəndəsi: İnklüziv və davamlı şəhərlər qlobal məqsədlərə nail olmaq üçün vacibdir
Bakı, 20 may, AZƏRTAC
İnklüziv və davamlı şəhərlər bir çox regional və qlobal məqsədlərə nail olmaq üçün vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) Forumunda BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) davamlı şəhərlərin inkişafı şöbəsinin rəhbəri Kört Qarriqan deyib.
“Şəhərdən-şəhərə mübadilələr və forumlar oxşar problemlərin, ən yaxşı təcrübələrin və həllərin paylaşılması da daxil olmaqla, yerli fəaliyyətləri sürətləndirmək üçün getdikcə daha vacib platformalara çevrilir. SPECA İqlim Ağıllı Şəhərlər Forumu SPECA İdarəetmə Şurası tərəfindən 2024-cü ilin noyabrında keçirilən 19-cu sessiyanda belə bir platforma təmin etmək, həm də SPECA-nın nəqliyyat və ticarət əlaqəsi üzrə daha geniş məqsədlərinə töhfə vermək üçün təsdiq olunub. SPECA-da hazırlanmış innovasiyalar və həllər onun regiondan kənarda da təsir imkanlarına malik olmasına şərait yaradacaq”, - deyə o qeyd edib.