BMT rəsmisi: Ümid edirik ki, Azərbaycanla əməkdaşlıq sayəsində karbon emmissiyasının azaldılmasına nail olacağıq
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan hökuməti ilə biz yaxın tərəfdaşlıq etmək niyyətindəyik və ümid edirik ki, yaxşı əməkdaşlıq əlaqələri quraraq karbon emmissiyasının azaldılmasına nail olacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olnuan “Şəhər-sənaye-iqlim: Qarşılıqlı əlaqədə mənzil və binaların karbonsuzlaşdırılması” mövzusundakı sessiyada çıxış edən BMT-Sənaye İnkişafı Təşkilatının Enerji Sistemlərinin və Sənaye Karbonsuzlaşdırılması bölməsinin rəhbəri Rikardo Saviqliano deyib.
O bildirib ki, sosial həyatı inkişaf netdirmək üçün su çox önəmlidir: “Sənaye sularının təmizlənməsi günümüzün vacib məsələsidir. Bununla yanaşı, yeni binaların ekoloji təmiz materiallardan istifadə olunmalıdır. Ekoloji təmiz tikinti materiallarının istehsalı həm dövlət, həm də özəl sektor tərəfindən təşviq edilməlidir ki, karbonsuzlaşmaya kömək olsun”.
“Sənayenin inkişafı korbon emissiyasını da artırır. Buna görə də iri sənaye müəssisələri karbonsuzlaşdıma istiqamətində həyata keçirilən proqramları dəstəkləməlidirlər. Bu, çətin məsələdir. Layihələrin maliyyəsi, sərmayələrin cəlb olunması və digər məsələlər müxtəlif təşkilatların birgə fəaliyyəti ilə mümkün ola bilər. Gələcək üçün karbon emissiyasının azaldılması olduqca əhəmiyyətli işdir”, - deyə bölmə rəhbəri əlavə edib.