Əbu-Dabidə III Beynəlxalq Sivilizasiyalararası Dialoq və Tolerantlıq Konfransı keçiriləcək
Qahirə, 20 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək III Beynəlxalq Sivilizasiyalararası Dialoq və Tolerantlıq Konfransının proqramı açıqlanıb. İyunun 3-dən 5-dək keçiriləcək konfrans “Yeni medianın və süni intellektin ailə və cəmiyyətə təsiri” mövzusuna həsr olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın 120 ölkəsindən 206-dan çox siyasətçi, alim, media nümayəndəsi və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı gözlənilir. Ümumilikdə tədbirə 4500-dən artıq iştirakçının qatılacağı bildirilir.
Üç gün davam edəcək tədbir çərçivəsində media, süni intellekt, dinlərarası və sivilizasiyalararası dialoq mövzularında panel sessiyalar, əsas məruzələr və ixtisaslaşmış müzakirələr keçiriləcək. Konfransda bir sıra beynəlxalq nüfuzlu şəxslərin çıxışı nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [14:30]
Nigeriyada İŞİD-in 175 silahlısı öldürülüb
- 20.05.2026 [14:11]
Avropa ABŞ-dən qoşunların yerləşdirilməsi ilə bağlı aydınlıq tələb edəcək
- 20.05.2026 [13:08]
Ukraynada prezident seçkilərinin mümkün tarixi açıqlanıb
- 20.05.2026 [13:00]
Finlandiyada müəllimlər üçün özünümüdafiə təlimi keçirilir VİDEO
- 20.05.2026 [12:41]
Səudiyyə Ərəbistanı Həcc mövsümündə tibbi xidmətlərə nəzarəti gücləndirib
- 20.05.2026 [11:58]