Anar Bağırov: Hər şəhərdə idman növləri inkişaf etdirilməlidir
Bakı, 20 may, AZƏRTAC
İdman şəhərlər üçün çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Xarici Əlaqələr İdarəsinin müdiri Anar Bağırov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlərdə idmanın inteqrasiyası” mövzusunda danışarkən deyib.
O bildirib ki, hər şəhərdə idman növləri inkişaf etdirilməlidir: "Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idmanın inkişafına hər zaman yüksək səviyyədə dəstək verir. MOK, Gənclər və İdman Nazirliyi, eləcə də yerli idman federasiyaları idmanının inkişafı ilə bağlı işlər görürlər. Bizim də bundan sonra şəhərlərdə idmanın inkişafı ilə bağlı lahiyələrimiz olacaq".
Müxbir - Cavid Əliyev