Çinli mütəxəssis: Azərbaycan Şərqlə-Qərb arasında şəhərsalma körpüsü rolunu oynayır VİDEO
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Şərqlə-Qərb arasında yerləşdiyi üçün hər iki tərəfin şəhərsalma təcrübələrini birləşdirmək və paylaşmaq baxımından unikal imkanlara malikdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Çinin Şençjen şəhərində yerləşən “Şençjen Şəhərsalma və Dizayn İnstitutu”un nümayəndəsi Simon Siyan deyib.
O bildirib ki, bu mövqe Azərbaycana qlobal şəhər inkişafı təcrübələrini birləşdirən körpü rolunu oynamağa şərait yaradır.
“Bu da dünya miqyasında nadir rast gəlinən bir üstünlükdür. WUF13 çərçivəsində bu cür təcrübələrin paylaşılması çox dəyərlidir və şəhərsalma sahəsində qlobal əməkdaşlığı gücləndirir”, - deyə o nəzərə çatdırıb.