Edlam Yemeru: "Bakı Şəhərsalma mükafatı” Dünya Şəhərsalma Forumunun mərkəzində olacaq
Bakı, 20 may, AZƏRTAC
Biz Azərbaycan hökuməti ilə bu təşəbbüsdə əməkdaşlıq etməkdən çox məmnunuq və şərəf duyuruq. Biz burada mənzil və şəhərsalma haqqında danışırıq. Odur ki, bu mükafatı təqdim etmək üçün ən doğru yerdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bakı Şəhərsalma mükafatı: Mənzil həllərini qlobal təsir üçün genişləndirmə" adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici əlaqələr, strategiya, bilik və innovasiya departamentinin direktoru Edlam Yemeru söyləyib.
"Bu mükafat digər qlobal təşəbbüslərlə də bağlıdır. O, Dünya Şəhərsalma Forumunun mərkəzində olacaq. Ümid edirik ki, bu, 2028-ci ildə Meksikada keçiriləcək növbəti Dünya Şəhərsalma Forumunun əsas hissəsi olacaq", - deyə Edlam Yemeru diqqətə çatdırıb.
Fotoqraf - İlkin Cavanşirov