Vüqar Rəhimzadə: Şəhər və regionların dayanıqlı inkişafı əsas hədəflərdəndir
Bakı, 20 may, AZƏRTAC
Müasir dövrdə şəhər və regionların dayanıqlı inkişafı, infrastrukturun yenilənməsi və sosial-iqtisadi bərabərliyin təmin edilməsi dövlət siyasətinin əsas hədəfləri sırasındadır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, bu məqsədlər yalnız iqtisadi inkişaf deyil, həm də insanların həyat keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
"Eyni zamanda, bu yanaşma qlobal çağırışlara cavab verən, resursların səmərəli istifadəsini təmin edən və uzunmüddətli dayanıqlılığı hədəfləyən bir strategiya kimi çıxış edir", - deyə deputat qeyd edib.