Müəllimlərin nəzərinə: xarici ölkələrdə Azərbaycan dilinin tədrisi üçün qrant müsabiqəsi elan edildi
Bakı, 20 may, AZƏRTAC
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı rəhbər tutulmaqla Elm və Təhsil Nazirliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi elan edilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu iyunun 3-ü saat 17:00-dək [email protected] elektron poçtu vasitəsilə həyata keçiriləcək.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:28]
Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?
- 07.08.2026 [10:58]
Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb
- 07.08.2026 [10:38]
Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir
Tovuzda qətl hadisəsi baş verib
- [14:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]