WUF13-də miqrasiyanın şəhərlərin dayanıqlı inkişafına təsiri ilə bağlı panel müzakirələr başlayıb
Bakı, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələr keçirilir.
AZƏRTAC xəbər verir ki, dövlət qurumlarının, beynəlxalq təşkilatların, yerli idarəetmə orqanlarının, akademik dairələrin, vətəndaş cəmiyyəti nümayəndələrinin, gənclərin və icmaların iştirakı ilə təşkil edilən panel müzakirələrinin məqsədi miqrasiya və urbanizasiya proseslərinin şəhərlərin dayanıqlı inkişafına təsiri barədə qlobal səviyyədə məlumatlılığı artırmaq və beynəlxalq əməkdaşlığı təşviq etməkdir.
Fotoqraf - Nicat Həşimov