Mladen İvaniç: Azərbaycan davamlı şəhərsalma prinsiplərini uğurla həyata keçirməyə qadir ölkədir
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan davamlı şəhərsalma prinsiplərini uğurla həyata keçirməyə qadir ölkədir.
Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Bosniya və Herseqovina Rəyasət Heyətinin sabiq serb üzvü, bu ölkənin keçmiş xarici işlər naziri, Serb Respublikasının sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mladen İvaniç AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib.
O deyib ki, ölkənin əsas missiyası davamlı inkişaf prinsiplərinin praktikada həyata keçirilə biləcəyini bütün dünyaya nümayiş etdirməkdir.
Mladen İvaniç vurğulayıb ki, WUF13-də müzakirə edilən əsas prinsiplər nəzəriyyə olaraq qalmamalı, real həyatda tətbiqini tapmalıdır.
O, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan artıq şəhərsalma ilə bağlı bir çox sahədə mühüm nailiyyətlər əldə edib. O vurğulayıb ki, bunu əminliklə söyləyir, çünki dəfələrlə Azərbaycanda olub və ölkədə baş verən dəyişikliklərin şahididir.