Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13: “İnvestisiya əsasları: Bazarı investisiya üçün cəlbedici edən nədir?” - Dəyirmi masa yekunlaşıb

Bakı, 20 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Business Roundtable” tədbirində qlobal mənzil böhranı, dayanıqlı şəhərsalma üçün maliyyə mexanizmləri və özəl sektorun rolu əsas müzakirə mövzuları olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Edlan Yumeru bildirib ki, hazırda dünyada 3,4 milyard insan mənzil və yaşayış şəraiti ilə bağlı müxtəlif risklərlə üzləşir. Onun sözlərinə görə, WUF13 bu çağırışlara cavab verəcək praktik həllərin müzakirəsi üçün mühüm beynəlxalq platformadır.

Edlan Yumeru qeyd edib ki, UN-Habitat dövlət qurumları, yerli idarəetmə orqanları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. O vurğulayıb ki, mənzil maliyyələşməsi sahəsində mövcud boşluqlar yalnız dövlət resursları hesabına aradan qaldırıla bilməz və bu istiqamətdə özəl sektor əvəzolunmaz tərəfdaşdır.

Bildirilib ki, UN-Habitatın yeni dördillik strateji planında mənzil, torpaq və əsas xidmətlər prioritet istiqamətlər kimi müəyyən edilib. Özəl kapitalın beynəlxalq maliyyə institutları və çoxtərəfli maliyyə mexanizmləri ilə birgə səfərbər olunmasının təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb.

Vurğulanıb ki, WUF13 çərçivəsində aparılan müzakirələr “Bakı Fəaliyyət Çağırışı” sənədinin formalaşmasına töhfə verəcək. Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumu dayanıqlı şəhərsalma və urban inkişaf sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biridir və burada qurulan tərəfdaşlıqlar gələcək qlobal təşəbbüslər üçün yol xəritəsi rolunu oynayır.

Bildirilib ki, dəyirmi masa müzakirələri əlçatan mənzilin təmin edilməsinə uzunmüddətli kapital yatırımları, aktivlərin dayanıqlılığı və tikinti riskləri prizmasından yanaşır. Tədbirdə investorlar, tikinti şirkətləri, maliyyə institutları, dövlət qurumları və şəhərsalma üzrə ekspertlər bir araya gələrək mənzil maliyyələşməsinin dayanıqlı və inklüziv şəhər inkişafına necə töhfə verə biləcəyini müzakirə ediblər.

Müzakirələrdə risk və gəlirlilik gözləntiləri, tənzimləyici çərçivələr, iqlim risklərinin sığorta və aktiv dəyərinə təsiri, eləcə də dayanıqlılıq investisiyalarının uzunmüddətli iqtisadi səmərəliliyi kimi məsələlərə toxunulub. Xüsusilə əlçatanlıq və inklüzivlik prinsiplərinin qorunması ilə kommersiya dayanıqlılığı arasında balansın yaradılmasının vacibliyi qeyd edilib.

Panel sessiyası “Hindistanda əlçatan mənzil sahəsində sektorlararası maliyyə katalizatorlarının təmin edilməsi” və “İnvestisiya əsasları: bazarı investisiya üçün cəlbedici edən nədir?” mövzularında dəyirmi masalarla davam edib.

Sessiyanın birinci hissəsində çıxış edən Lindsey Nelly Kanadada mövcud mənzil problemlərindən bəhs edib. O bildirib ki, ipoteka kreditlərinin sığortalanması üçün özəl investisiyaların cəlb edilməsinə xüsusi önəm verilir. Dövlət dəstəyi ilə həyata keçirilən əlçatan mənzil layihələrinin əhəmiyyəti vurğulanıb.

Pakistanın iqlim dəyişikliyi naziri Musadik Malik isə iqlim böhranının yaratdığı kütləvi miqrasiyanın ciddi sosial problemlərə səbəb olduğunu bildirib. Onun sözlərinə görə, mövcud yanaşma və mexanizmlər artıq effektiv nəticə vermir və yeni maliyyə və idarəetmə modellərinə ehtiyac yaranıb.

“PMD Group LLC” şirkətinin nümayəndəsi, Vaşinqton Universitetinin daşınmaz əmlakın inkişafı üzrə eksperti Kamil Əliyev çıxışında Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində həyata keçirilən mənzil layihələrinin şəhərsalma və investisiya baxımından mühüm əhəmiyyət daşıdığını deyib. O qeyd edib ki, Zəngilan, Şuşa və ümumilikdə Qarabağ bölgəsində müxtəlif yaşayış layihələrinin icrası istiqamətində işlər aparılır.

Tədbirdə, həmçinin dövlət-özəl tərəfdaşlığı, qarışıq maliyyələşdirmə modelləri, zəmanət mexanizmləri və sosial təsir istiqrazları kimi innovativ maliyyə alətlərinin dayanıqlı mənzil təminatında rolu geniş müzakirə olunub.

Müxbirlər - Pərvanə Qafarova, Aydan Həsənli
Fotoqraf - Tofiq Babayev
Operator - Ələkbər Baxşıyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yoane Navaykula: WUF13 çərçivəsində təşkil olunan sərgi və platformalar mükəmməl səviyyədədir

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib

Moskva və Pekin “Sibirin Gücü – 2” qaz kəmərinin işə salınma müddəti ilə bağlı razılığa gəlməyib

Hamed Alqaseer: Bəhreyn və Azərbaycan arasında şəhərsalma sahəsində əməkdaşlığın inkişafını müsbət qiymətləndirirəm

Fici təmsilçisi: Azərbaycan hökuməti öz strateji yanaşması ilə çox ağıllı siyasət yürüdür

Qazaxıstan sülhməramlıları Colan yüksəkliklərindən qayıdıblar

UN-HABITAT rəsmisi: Dayanıqlılıq davamlı və təhlükəsiz şəhərlərin qurulması üçün əsas şərtə çevrilib

Antonio Kampaqnoli: Azərbaycan dayanıqlı şəhərsalma üzrə qlobal gündəlikdə körpü rolunu oynaya bilər

Ficinin Milli Gənclər Şurasının sədri: Qarabağda həyata keçirilən layihələrin çox güclü mənəvi və emosional tərəfi var

Vahid Hacıyev: İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və minatəmizləmə işləri aparılır

İKTA ilk dəfə mobil internet və regional göstəricilər üzrə median sürət təhlillərini təqdim edib

BMT rəsmisi: Dayanıqlı cəmiyyət həm iqlim, həm də geofiziki təhlükələrə hazır olmalıdır

UNEP rəsmisi: Mənzil sektorunun siyasət və maliyyəyə inteqrasiyası vacibdir

Deputat: Qanunvericilik və tənzimləmə vasitəsilə məsuliyyətli şəhər davranışları üçün stimullar yaradılmalıdır

Türkiyə NATO-nun şərq cinahının ehtiyaclarını ödəmək üçün yanacaq boru kəməri çəkməyi təklif edib

Si Cinpin: Dünya “cəngəllik qanunları”na qayıdış təhlükəsi ilə üz-üzədir

Nigar Məmmədova: Parlamentarilər cəmiyyətlə dövlət arasında körpüdür

İqtisadiyyat Nazirliyində görüş: Azərbaycan ilə Oman arasında əməkdaşlığın inkişaf perspektivləri

Xayme Xovane: Su ehtiyatlarının idarə olunması üzrə beynəlxalq əməkdaşlıq və ədalətli məsuliyyət bölgüsü zəruridir

Attia Əl-Atavi: Parlamentlər mənzil siyasətinin formalaşdırılmasında fəal rol oynamalıdır

Hindistanlı nümayəndə: Şəhərsalma yaşıl və ictimai məkanların azalmasına səbəb olur

WUF13-ün polşalı iştirakçıları Lənkəranda

Ömər Əbdül Səməd: WUF13-ün Bakıda keçirilməsi həqiqətən də tarixi hadisədir

Rusiya Federasiya Şurası xaricdə həbs olunan ölkə vətəndaşlarının müdafiəsi üçün ordunun cəlb edilməsinə icazə verib

Santoş Kumar Rungta: Əlilliyi olan şəxslərin təşkilatları qərar qəbuletmə prosesində iştirak etməlidir

İnklüziv şəhərlər naminə birlik: Şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə

Əlillik üzrə etibarlı məlumat inklüziv şəhərlərin qurulması üçün zəruridir

Türkiyənin ASELSAN şirkəti mobil telefon istehsalını bərpa edəcək

Humanitar elmlər və süni intellekt: nəzəri bazadan tətbiqə

Milli Məclisin deputatı: Mənzil insanlara ahıl yaşlarda müstəqilliyi qorumağa kömək etməlidir

Rutte NATO-nun hərbi gəmilərinin Hörmüz boğazına göndərməsini təqdir edir

WUF13-də Azərbaycan təcrübəsi: əlillik qiymətləndirilməsi tam şəffaf və təmassızdır

Türkmənistan nümayəndəsi: Azərbaycanda alternativ enerjinin tətbiqi istiqamətində həyata keçirilən layihələri izləyirik

ADNSU-da “yaşıl şəhər” və “ağıllı şəhər” texnologiyaları üzrə ixtisaslaşmış tədqiqat mərkəzi yaradılacaq

Dünya Bankı şəhər infrastrukturunun kommersiya maliyyələşdirilməsi ilə bağlı araşdırma aparıb

Kolumbiyalı nazir müavini: Azərbaycanın həyata keçirdiyi layihələr mənə son dərəcə maraqlı görünür – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kolumbiyalı nazir müavini: Azərbaycanın həyata keçirdiyi layihələr mənə son dərəcə maraqlı görünür – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Adil Karaismailoğlu: Məqsədimiz sadəcə binalar tikmək deyil, insanları dinc və dayanıqlı yaşayış məkanlarında birləşdirməkdir

WUF13-də növbəti panel sessiya - "Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar”

UNEP rəsmisi: WUF13-də iqlim dəyişikliklərinə hazırlıq və qlobal həll yolları diqqət çəkir

UN-Habitat Gənclər Şurasının nümayəndəsi: Bakı şəhər inkişafı üzrə qlobal gündəmdə nümunə ola bilər

DMX-nin rəisi: WUF13-ün Bakıda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir

Rafael Tuts: Mənzil dayanıqlılığını düzgün şəkildə qurmaq bir çox qlobal məqsədlərə nail olmağa imkan verir

Mer: İqtisadiyyatı inkişaf etdirmək üçün infrastruktur gücləndirilməlidir

ADAU-da 18-ci Karyera Sərgisi: 100-ə yaxın şirkət, 900-dən çox vakansiya

Avropa Parlamentinin üzvü: Mənzil böhranı sosial ədalət və demokratik sabitliyə birbaşa təsir göstərir

® “Bir” İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb

Qanalı təmsilçi: Biz öz hökumətimizi Azərbaycandakı kimi "ağıllı kənd" layihələrinin icrasına təşviq etmək istəyirik

Samuxda taxılın sahələrdən itkisiz yığılması üçün operativ qərargah yaradılıb

WUF13: Şəhərlərin sürətli urbanizasiyası fonunda qlobal miqrasiya tendensiyaları diqqət mərkəzindədir

Əyyub Kərimov: Şəhərlərin inkişafı üçün maliyyə resursları və investisiyalar vacibdir

Əlilliyi olan şəxslər üçün inklüziv və əlçatan şəhər mühiti - WUF13-də dəyirmi masa

BMT-nin nümayəndəsi: Şəhər dayanıqlığı davamlı inkişafın əsas strateji istiqamətlərindən biridir

WUF13: “İnvestisiya əsasları: Bazarı investisiya üçün cəlbedici edən nədir?” - Dəyirmi masa yekunlaşıb

Uğurlu şəhər, yaşı, qabiliyyəti və ya sosial mənşəyindən asılı olmayaraq, hər kəsin ləyaqətlə iştirak edə bildiyi şəhərdir

“Agerpres”: Rain Sultanovun ifası dinləyicilərin ürəyini fəth edib

Tusk: Polşa Macarıstanı neft-qaz tədarükü marşrutları ilə təmin etməyə hazırdır

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi: Mənzil təhlükəsizliyi şəhərlərin əsas çağırışlarından biridir

Nigeriyalı nümayəndə: WUF13 gələcəyin formalaşdırılması üçün mühüm platformadır

UN-Habitat rəsmisi: Layihələrin uğurla nəticələnməsi üçün bələdiyyə və icmalar prosesə ilkin mərhələdən cəlb olunmalıdır

Natiq Məmmədli: Azərbaycan mediası COP29-da yazdığı uğur hekayəsini WUF13-də bir daha təkrarlayır VİDEO

Natiq Məmmədli: Azərbaycan mediası COP29-da yazdığı uğur hekayəsini WUF13-də bir daha təkrarlayır VİDEO

UNECE-nin nümayəndəsi: Zəlzələlər şəhərlər üçün ən dağıdıcı təhlükə olaraq qalmaqdadır

Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki mövqeyi ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib

WUF13 çərçivəsində Bakıda olan dünya liderləri və yüksəksəviyyəli rəsmilər İçərişəhəri ziyarət ediblər

WUF13-ə onlayn qeydiyyat bərpa olunub

Qabonlu doktorant: Ölkəm uzun illər Fransa müstəmləkəçiliyinə məruz qalıb

Elmlər namizədi: İqlim dəyişiklikləri artıq şəhər həyatına birbaşa təsir göstərir

® ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!

İran nümayəndəsi: WUF13 dayanıqlı şəhər inkişafı üzrə əsas beynəlxalq platformalardan biridir

Ümumdünya Şəhərsalma Forumunda “Bakı Şəhərsalma Mükafatı”nın təsis olunduğu elan edilib VİDEO

Ümumdünya Şəhərsalma Forumunda “Bakı Şəhərsalma Mükafatı”nın təsis olunduğu elan edilib VİDEO

Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub

İnfrastruktur xidmətləri üçün kifayət qədər böyük sərmayə lazımdır

Vüqar İskəndərov: Şəhərlərin dayanıqlı inkişafı balanslı planlaşdırma ilə təmin olunur

Xidmət rəisi: Şəhərlər miqrasiya və inkişafın aydın şəkildə göründüyü məkanlardır

Fransa ordusuna əlavə 36 milyard avro ayrılmasını nəzərdə tutan qanun layihəsi qəbul olunub

Dilfuza Şiriyeva: WUF13-də təşkilatçılıq Türkmənistan nümayəndə heyətində yaxşı təəssürat doğurub

Nazir müavini: Son 10 il ərzində ölkəmizdə daşqın hadisələri 18 dəfədən çox artıb

İsmayıl Zeynalov: Gələcək şəhərlər dayanıqlıq və təhlükəsizlik əsasında qurulmalıdır

Almaniyada Çinə casusluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

WUF13 çərçivəsində “Mənzil Davamlılığı Şəhər Sistemləri Çətinliyi kimi” mövzusunda sessiya keçirilir

Şeron Gil: 2040-cı ilə qədər plastik çirklənməni 80 faiz azaltmaq mümkündür

WUF13 çərçivəsində “ağıllı şəhər”lər və intellektual mülkiyyət mövzusu müzakirə olunub

WUF13: “Urban Cinema”da “Yağışdan sonrakı əks-sədalar” qısametrajlı filminin nümayişi olub

Mladen İvaniç: Azərbaycan davamlı şəhərsalma prinsiplərini uğurla həyata keçirməyə qadir ölkədir

Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq

Yeni yanaşmalar şəhərlərdə təhlükəsiz və iqlimə davamlı yaşayış mühitinin yaradılmasına kömək edir

WUF13-də media şəhər dayanıqlılığı və mənzil siyasətində əsas ictimai kommunikasiya vasitəsi kimi dəyərləndirilib VİDEO

WUF13-də media şəhər dayanıqlılığı və mənzil siyasətində əsas ictimai kommunikasiya vasitəsi kimi dəyərləndirilib VİDEO

Umayra Tağıyeva: Təbiət ciddi təzyiq altındadır

Qambiyanın naziri ahıl insanlar üçün inklüziv şəhər planlaşdırmasını inkişaf etdirməyə çağırıb

Rumıniya nəşri: Bakı–Tbilisi–Qars xəttinin əhəmiyyəti artır

UN-Habitat rəsmisi: Parlamentarilər qlobal hədəflərlə yerli icmaların reallıqları arasında əlaqələndiricidirlər

BMU tələbəsi karate turnirində birinci olub

WUF13-də şəhərlərdə həyat keyfiyyətinin artırılması yollarından bəhs olunub

BMT nümayəndəsi: Dayanıqlı və İnklüziv Şəhərlər Mərkəzi layihəsi qlobal maliyyələşdirmə və texniki yardım təşəbbüsüdür

Sunniya Durrani-Camal: Düzgün planlaşdırma və risk məlumatları infrastruktur investisiyalarında həlledicidir

Kənd təsərrüfatı nazirinin müavini Kürdəmirdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Olumide İdovu Emmanuel: Qarabağ artıq bir "yaşıl zona" statusu qazandığını sübut edib

AzMİU-nun dekanı: WUF13 gənclər üçün akademik və peşəkar imkanlar platformasıdır

Deputat: Azərbaycanda karbonsuzlaşma ilə əlaqədar qanunvericilik sahəsində işlər aparılır

WUF13-də miqrasiyanın şəhərlərin dayanıqlı inkişafına təsiri ilə bağlı panel müzakirələr başlayıb

WUF13 çərçivəsində qlobal mənzil öhdəliklərinin icrasına dair parlament üzvlərinin dəyirmi masası keçirilir