UNECE-nin nümayəndəsi: Zəlzələlər şəhərlər üçün ən dağıdıcı təhlükə olaraq qalmaqdadır
Bakı, 20 may, AZƏRTAC
Bu gün dünyada zəlzələlər şəhərlər üçün ən dağıdıcı təhlükə olaraq qalmaqdadır. Mənzil təminatı və risklərin idarəolunması isə gələcəkdə çərçivəni müəyyənləşdirir
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən
"Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi: Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri" adlı tədbirdə çıxış edərkən deyib.
O, çıxışında Türkiyədə bir neçə il əvvəl baş vermiş dağıdıcı zəlzələyə toxunub. Bildirib ki, bu zəlzələdən özləri üçün müəyyən nəticələr çıxarıblar. “Hatayda baş verən zəlzələdən sonra rekonstruksiya işlərinin həm cəmiyyət, həm dövlət tərəfindən necə mobilizasiya edilməsi dünyaya örnək oldu”, - deyə o vurğulayıb.
Müxbirlər- Günel Türksoy, Səbinə Əlizadə